Gürcü ekspert: "Azərbaycan hərbi gücünü göstərdi" - VİDEOMÜSAHİBƏ
Gürcü ekspert: "Azərbaycan hərbi gücünü göstərdi" - VİDEOMÜSAHİBƏ
"1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra Dağlıq Qarabağ münaqişəsi üzrə heç bir müsbət irəliləyiş olmadı. Azərbaycan hərbi əməliyyatlarla öz ərazi bütövlüyünü bərpa etdi".
Bunu Baku TV-yə müsahibəsində Beynəlxalq Elmi Tədqiqatlar Mərkəzinin direktoru, münaqişələr üzrə ekspert Nika Kitadze bildirib.
Ölkəmizin bu müharibədə öz gücünü bütün dünyaya göstərdiyini deyən hərbi ekspert Azərbaycanın uğurlu hərbi əməliyyatlar həyata keçirdiyini qeyd edib:
"Bu müharibə Azərbaycanın hərbi gücünü göstərdi. Azərbaycan öz silahlı qüvvələrini gücləndirir. 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsi, demək olar ki, üç milyard dollar təşkil edir. Bu məbləğ də Azərbaycan ordusunun döyüş imkanlarının gücləndirilməsinə xərclənir.
Bu, elə hərbi əməliyyatlar zamanı da təsdiq olundu. 1994-cü il 10 may atəşkəs müqaviləsinin imzalanmasından sonra indiyədək diplomatik yolla münaqişənin həlli istiqamətində heç bir irəliləyiş qeydə alınmadı. Ermənistan razılaşmaya getmirdi.
Minsk qrupunun fəaliyyəti istiqamətində müsbət irəliləyiş hiss olunmurdu. Belə olan halda Azərbaycan məcburən hərbi yolla işğal altında olan ərazilərini azad etdi. Buna Azərbaycanın huququ da var idi, çünki Azərbaycan öz ərazilərini azad etdi.
Azərbaycan uğurlu hərbi əməliyyatlar apardı. Xüsusilə cənub istiqamətində və mərkəzdən irəliləmək, Şuşa şəhərinin azad edilməsi olduqca önəmli idi".
Daha ətraflı Baku TV-nin videosüjetində:
/oxu.az
f Paylaş
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına