Gürcü ekspert: "Tbilisi Bakıya qarşı çıxmayacaq

Gürcü ekspert: "Tbilisi Bakıya qarşı çıxmayacaqGürcü ekspert: "Tbilisi Bakıya qarşı çıxmayacaq"
Ermənistanda əhalinin yalnız 0,7 faizi İrəvanın qonşu Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsini istəyir. Bunu "Gallup"ın Ermənistan ofisi tərəfindən aparılan son sosioloji sorğunun məlumatları sübut edir. Və maraqlıdır ki, Qərb politoloqu Anna Ohanyan, Karneqi Mərkəzinin saytındakı məqaləsində "avtoritar" ölkələr adlandırılan Türkiyə, İran, Azərbaycan və Rusiyaya qarşı çıxmaq üçün Gürcüstan və Ermənistanın demokratik qüvvələrini birləşməyə çağırır.
Gürcüstanlı politoloq, Avrasiya İnstitutunun rəhbəri Gulbaat Rtsxiladze Caliber.Az-a verdiyi müsahibəsində bunun Qərbin tez-tez gündəmə gətirməyə sevdiyi köhnə mövzu olduğunu qeyd edib.
"Bu, amerikalı demokratların, prezident Co Bayden administrasiyasının yeni-köhnə siyasəti ruhundakı demaqogiyadır. Və bu terminlərlə danışsaq, doğrudanmı Gürcüstanda demokratiya var? Mən Ermənistan haqqında danışmayacağam. Bununla belə, "avtoritarizmə" qarşı "yalançı demokratlar" koalisiyası olmayacaq", - deyə o, bildirib.
"Bu cür məqalələrin gürcülər və ermənilər üçün isti-soyuğu yoxdur. Ancaq vəziyyətin süni şəkildə gərginləşdirilməsinə gətirir. Tbilisi ilə Moskva arasında müəyyən bir qarşıdurma var, bunu Gürcüstan üçün faydalı hesab etmirəm. Ancaq Tbilisi qonşumuz Azərbaycana qarşı, Türkiyəyə qarşı addım atmayacaq", - deyə politoloq əlavə edib.
Gülbaat Rtsxiladzenin sözlərinə görə, Gürcüstan əlbəttə ki, bütün məsələlərdə öz maraqlarını müdafiə etməlidir.
"Söhbət, məsələn, David Gareji monastır kompleksindən gedə bilər. Azərbaycanda bunun fərqində olmaya bilərlər, amma Gürcüstanda bu mövzu geniş müzakirə olunur. Ancaq bu, hər iki xalqın xoşməramlılığı ilə həll edilə bilən bir məsələdir. Kimsə Tbilisinin Bakıya qarşı gedəcəyini gözləsə də, bu olmayacaq". /oxu.az

Siyasi       Tarix: 01 may 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler cəbhədən son xəbərlər 2026 qarabag cəbhədən son xəbər