"Gürcüstan etibarlı deyil, silahları İrandan daşıyırıq" - Akopyan
Ermənistan kifayət qədər çətin regiondadır, kənardan aldığımız silahları gətirmək asan deyil. İran bu baxımdan bizə yardım edir.
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Mqer Akopyan deyib.
"Silahlar Ermənistana İran ərazisindən ötürülür. Hər halda, 44 günlük müharibə zamanı Ermənistana silah İran vasitəsilə daxil olub. Hindistandan gətirilən toplar da Ermənistana İran üzərindən çatdırılıb", – ekspert bildirib.
Akopyanın iddiasına görə, bu baxımdan silahların Gürcüstan üzərindən qəbul edilməsində ciddi problemlər var: "Gürcüstan yolu o qədər də etibarlı deyil".
Ermənistanın İrandan silah alması ehtimalına gəlincə, ekspert hesab edir ki, bu çətin məsələdir:
"Çətin sualdır. Birincisi, hazırda İranın arsenalı çox köhnədir. İranın hava qüvvələri çox pis vəziyyətdədir. Helikopterlərinin nə qədər köhnə olduğu İran mətbuatından da aydın görünür, hər cəhətdən köhnədirlər. Ballistik və zenit raketləri baxımından öndədirlər, amma bu da özlərinə yetəcək qədərdir.
Rusiya da çox az satır, üstəgəl, arada siyasi problemlər var, silahların yarısını dünyanın bir tərəfindən, yarısını isə tamam başqa tərəfdən almaq olmaz. Bu, çox pis presedent yaradacaq. Qərb silahlarını alsaq, İrandan ala bilməyəcəyik, belə bir addım atmağa dəyməz. Əksinə, İrandan alsaq, Fransa və ABŞ kömək etməyəcək".//Teleqraf

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda