Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb - VİDEO
Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb - VİDEO
Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb.
"Report"un yerli bürosu xəbər verir ki, qonşu ölkəyə təyyarə ilə yollanacaq Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.
Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq.
Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar.
Hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır. Qonşu ölkəyə quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçən istənilən ölkənin vətəndaşları daxil ola bilərlər.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi- Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin bərpa olunacağı gözlənilir.
/oxu.az
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR