Gürcüstan hökumətinə qarşı milyard dollarlıq İDDİA
"Anaklia İnkişaf Konsorsiumu" və əsas əcnəbi investor Bob Meyer Gürcüstan hökumətinə qarşı Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsində iddia qaldırıb.
Publika.az xəbər verir ki, şikayət Qara dəniz sahilində Anaklia dərin dəniz limanının inşası layihəsində şirkət və sərmayədarın hüquqlarının pozulması ilə bağlıdır.
Pozuntulara görə tələb olunan məbləğin həcmi 1 milyard ABŞ dollarından çoxdur. Bu məbləğə həm konsorsium, həm də B.Meyerin maliyyə itkiləri daxildir. Hər iki tərəf Gürcüstan hökumətinin onlarla müqaviləyə xitam verməsini qanunsuz hesab edirlər.
Qeyd edək ki, bu ilin yanvarında Gürcüstan hökuməti və konsorsium arasında limanın inşası ilə bağlı 2016-cı ildə imzalanan müqavilə dayandırılıb. Buna səbəb kimi işlərin sənəddə qeyd olunan müddət üzrə yerinə yetirilməməsi göstərilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək