Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridirGürcüstan və  Azərbaycan yaxın qonşu olaraq əsrlərdən bəri dostluq şəraitində yaşamışlar. Gürcüstan eyni zamanda regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, itərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda bəyannamələr imzalayıblar.
Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak edib.
Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə önəm verdiyinə bir sübutdur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev  dəfələrlə Gürcüstanda səfərdə olub. İndiyə qədər iki ölkə arasında 100-dən çox hüquq-normativ sənəd imzalanıb. 
Bu gün  Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı və Azərbaycanın etibarlı tərəfdaşıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixində Gürcüstan Respublikasına səfəri bu iki respublika arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanat vermişdir. Demişdir ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası münasibətlər də bu təməl üzərində qurulubdur. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq mövcuddur. Bir çox icra olunan birgə layihələr təkcə ölkəmiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev eyni zamanda çıxışında Ermənistan Azərbaycan münasibətlərinə də toxunub.
Artıq iki ildır ki, müharibə başa çatıb, lakin Ermənistan tərəfi hələ də sülh müqaviləsi bağlamağa hazır deyil. Azərbaycan Ermənistana beş prinsipdən ibarət təklif təqdim edib. Ermənistan tərəfi bu prinsipləri qəbul etsə sülh və əminamanlıq şəraitində yaşamaq mümkün olacaq.
Cənab Prezident qeyd edib ki, "Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə hazırdırsa, ölkəmiz buna hazırdır". 
Azərbaycanla Gürcüstan arasında hər zaman ticarət əlaqələri olub. Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi günbəgün artmaqdadır. Cari ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard sərmayə qoyub. Eyni zamanda Gürcüstan da Azərbaycanla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycana sərmayə qoyur. Həyata keçirilən belə layihələr dövlətlər arasında əməkdaşlığı daha da gücləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır".
Bəyanatda eyni zamanda dünya üçün əhəmiyyətli əməkdaşlıq sayılan enerji resursları məsələsinə də toxunulub.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 27 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

İsrailin məhvi planını təbliğ edən istənilən İran lideri neytrallaşdırılacaq. xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. Katz ABŞ və İsrailin İrana müştərək hücumlarının Tehranın strateji qabiliyyətlərin

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Paşinyandan yeni konstitusiya ilə bağlı - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. KONKRET.azxəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb. O bildirib ki

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Teymur Kərimov vəfat etdi

Azərbaycan elminə ağır itki baş verib. xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Teymur Cəla

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 sonxabar az xeberler bu gun iqtisadiyyat xeberleri bugun