Gürcüstan səfiri Qaxdakı Pasxa mərasimində iştirak etdi
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və səfirliyinin nümayəndə heyəti 23-24 aprel tarixlərində Qaxa səfər edib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Gürcüstan səfirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Zurab Pataradze səfər zamanı Qax rayonu icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə görüşüb. Tərəflər iki ölkənin regionları arasında əməkdaşlığın perspektivlərini və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələləri müzakirə ediblər.
Səfər zamanı Zurab Pataradze Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Mədəniyyət Mərkəzinə də baş çəkib.
Qeyd olunub ki, aprelin 23-də Azərbaycanda yaşayan gürcülərlə səfirlik nümayəndələri arasında görüş keçirilib, sakinlərə konsulluq məsələləri, eləcə də pandemiya səbəbə ilə Gürcüstan-Azərbaycan quru sərhədlərində tətbiq edilən qaydalarla bağlı əhaliyə məlumat verilib.
Səfirlik yerli sakinlərə humanitar məqsədlə ərzaq bağlamaları da paylayıb.
Səfir Zurab Pataradze aprelin 23-də Qaxdakı müqəddəs Giorgi Kilsəsində keçirilən Pasxa mərasimində iştirak edib./apa
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi