Gürcüstana gedənlərin NƏZƏRİNƏ: qaydalar sərtləşdirilir, cərimələr artırılır
Gürcüstanın quru sərhədlərində müəyyən edilmiş sərhəd rejiminin pozulmasına görə inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bununla bağlı dəyişikliklər layihəsini Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri Parlamentə təqdim ediblər.
Qanun layihəsinə əsasən, Gürcüstanın və ya həmsərhəd dövlətin ərazisində sərhəd mühafizə obyektlərinin, sərhəd mühafizə vasitələrinin, foto/video/aerofotoçəkilişləri hüquqpozma kimi müəyyən ediləcək və qaydanı pozan şəxslər inzibati məsuliyyət kimi 50 lari məbləğində cərimə olunacaqlar.
Bundan başqa, parlamentin təşəbbüsü ilə hazırlanan layihədə Gürcüstanın dövlət sərhəddinin quru hissəsində sərhəd tənzimləməsinin hərəkətinə mane olan pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. Sərhəd infrastrukturunun (o cümlədən, sərhəd nişanları, dövlət sərhədinin mühafizəsinin texniki vasitələri və s.) zədələnməsinə və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur, buna görə sanksiya kimi 350 lari məbləğində cərimə nəzərdə tutulur.
Həmçinin, Gürcüstan dövlət sərhəddinin quru hissəsində "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulmuş sənaye, ticarət, obyekt xidmətləri, tikinti, lisenziyalaşdırma fəaliyyəti zamanı qanun pozuntusu baş verərsə, fiziki şəxslərin 50, hüquqi şəxslərin isə 200 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.
Bundan başqa, Gürcüstanın dövlət sərhəddinin quru hissəsində Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd rejiminin turistik, elmi-tədqiqat, ovçuluq, kənd təsərrüfatı və ya qeyri-sahibkarlıq fəaliyyətinə görə pozulması 20 lari məbləğində cərimə ilə nəticələnəcək.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi