Gürcüstanda azərbaycanlı biznesmenin evinə QUMBARA ATILDI
Naməlum şəxslər Gürcüstanın Laqodexi rayonunun Kabali kəndində biznesmen Camal Niyazovun evinin həyətinə əl qumbarası atıblar.
KONKRET.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, Camal Niyazov əvvəllər kənd administrasiyasının rəhbəri olub.
İnsident bu gün səhər saatlarında baş verib. Partlayış zamanı evdə C. Niyazovla həyat yoldaşı olub. Xəsarət alan olmayıb, evin divarlarına və pəncərələrinə zərər dəyib.
Hələlik insidenti törədən şəxsin kimliyi müəyyən edilməyib. Hazırda hadisə yerində istintaq tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.
Niyazov əvvəllər keçmiş hakim "Vahid Milli Hərəkat" partiyasının üzvü olub. Daha sonradan "Gürcüstan arzusu" partiyasının hakimiyyəti dövründə Kabali kəndinin administrasiyasının rəhbəri olub. O, hazırda dövlət qulluqçusu deyil və şəxsi biznesi var.
Onun oğlu Amil Niyazov isə Laqodexi bölgəsinin bələdiyyəsinin üzvü olub.
Qeyd edək ki, "Report"un məlumatına görə, Camal Niyazov azərbaycanlıdır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar