Gürcüstanda tapılmış qalıqların azərbaycanlı repressiya qurbanlarına məxsusluğu araşdırılır
Gürcüstanın Batumi şəhəri yaxınlığında yerləşən Xelvaçauri rayonunda yeni aşkarlanmış kütləvi məzarlıqdakı 29 nəfərin qalıqlarının identifikasiyası aparılacaq.
KONKRET.az xəbər verir ki, azərbaycanlı repressiya qurbanı Ələkbərov Hüseyn Ələkbər oğlunun da qalıqlarının bu məzarlığa aid olduğu ehtimal edilir.
Belə ki, 15 mart 1938-ci il tarixli aktda barəsində güllələnmə qərarı çıxarılmış insanların sayı da məhz 29 təşkil edir. H.Ələkbərov siyahıda beşinci yerdədir.
Məzarıqla bağlı bir məqam identifikasiya prosesini sürətləndirə bilər. Belə ki, güllələnənlər arasında 1908-ci il təvəllüdlü Mira Mancqaladze (Popova) adlı bir qadın da var. 30 yaşında güllələnmiş qadının qalıqları identifikasiya olunarsa, azərbaycanlı repressiya qurbanı da daxil olmaqla digərlərinin də adları və güllələnmə tarixi 100 % dəqiqliklə təsdiqlənəcək.
Kütləvi məzarlıqda insan sümükləri ilə yanaşı, sovet dövrünə aid qəpik pullar, düymələr, butılkalar, ayaqqabı və geyim fraqmentləri də aşkarlanıb.
Arxiv sənədlərə əsasən, 1937-1938-ci illərdə Acarıstanda müxtəlif cəza tədbirləri nəticəsində 11-i qadın olmaqla 1 050 nəfər güllələnib."Report"

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar