Gürcüstanda Zəfər Günü ilə bağlı tədbir keçirildi - VİDEO
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın bu ölkədəki səfirliyində 8 Noyabr - Zəfər Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilib.
Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev, diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri və ictimai siyasi xadimlər iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Rövnəq Abdullayev Azərbaycanın 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun inamlı qələbəsindən söz açıb.
O, müharibə vaxtı işlə bağlı Gürcüstana səfər etdiyini və o zaman gürcü xalqının gözlərində kədər hiss etdiyini vurğulayıb. R.Abdullayev Azərbaycanın öz torpaqlarını geri aldığını və yeni quruculuq işlərinə başlandığını qeyd edib.
Gürcü ziyalılar Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik ediblər.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı