Gürcüstandan Ermənistana 300 hərbi texnika APARILIB?
"Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur və bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də ondan ibarətdir ki, Qafqazda sülhə alternativ yoxdur".
Publika.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani deyib.
Onun sözlərinə görə, Rusiyanın 300 hərbi maşının Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırmağa hazırlaşması ilə bağlı yerli KİV-in yaydığı məlumat yalandır:
"Bu cür təhrif olunan informasiyaları bəzi siyasi partiyalar təbliğat məqsədilə təqdim edirlər".
Müşavir bildirib ki, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələr üçün açıq və aydındır:
"Təəssüflər olsun, bu, konkret KİV tərəfindən təhrif olunmuş informasiyanı yaymaqla bağlı ilk hal deyil".
Qeyd edək ki, ötən gün Gürcüstanın müxalif "Mtavari arxi" telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.
Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb. / "Report"

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib