Haber Global': AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır
Təyyarə qəzası ilə bağlı hələ cavabını gözləyən suallar var.
azxeber.com xəbər verir ki, bunu Türkiyənin "Haber Global" televiziyasının efirində bu kanalın Xarici xəbərlər departamentinin müdiri Süheyla Demir deyib.
O, bildirib ki, əsas müəmmalı məqamlardan biri Ukraynanın PUA hücumlarına baxmayaraq, Çeçenistanın niyə hava sahəsini bağlamaması ilə bağlıdır: "Bu, laqeydliyin təzahürüdür. İkinci tərəfdən, Çeçenistan bu ay ərzində bir neçə dəfə Ukraynanın hücumuna məruz qalıb. Hər dəfə hücumlarla bağlı rəsmi açıqlama verilib. Bu dəfə isə məsələyə sanki heç nə olmamış kimi yanaşıldı. Həmçinin nə Çeçenistan, nə də Rusiya təyyarənin Rusiya ərazisindəki aeroportlara enməsinə icazə verilib. Bəlkə də, nəqliyyat vasitəsinin Xəzər dənizinə düşməsinə zəmin hazırlanırdı".
S.Demirin sözlərinə görə, təyyarənin GPS sisteminin sıradan çıxarılması müəmmalı və şübhəli məqamdır: "Qəzadan sonra Rusiya tərəfi təyyarənin quş dəstəsi ilə toqquşması barədə məlumat yaydı. Amma təyyarədə qan izləri yox idi. Ola bilsin, Rusiya fikri yayındırmağa çalışıb. İndi əsas sual Azərbaycandan üzr istənilib – istənilməməsidir. Rusiyanın üzr istəməsi və hadisəni törədənlərin cəzalandırılması vacibdir. Görünən odur ki, indiki məqamda Rusiyaya səfər etmək təhlükəlidir".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır