Hacı Mazan yenidən məhkəməyə verilir - VİDEO

Hacı Mazan yenidən məhkəməyə verilir - VİDEOHəmişə adı müxtəlif qalmaqallarda hallanan Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov yenidən məhkəməyə verilir.
KONKRET.az xəbər verir ki, buna səbəb yaşadığı, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada lifti özününküləşdirməsidir.
Belə ki, o, yaşadığı blokdakı liftlərdən birinə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verib. İş adamının bu hərəkəti qonşular tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun özünü, ailə üzvlərini əlahiddə şəxslər hesab etməsi, qonşularını aşağılaması böyük qəzəb yaradıb.
Lakin bu narazılıq, qəzəb Hacı Mazanı narahat etmir. O, özünün tikdiyi binada hər cür səlahiyyətlərə sahib olduğunu bildirib.
Binan sakinləri deyiblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət hazırlayırlar:
"Bu adamın hərəkəti hamıda dərin nifrət yaradıb. Onsuz da liftlər yaxşı işləmirdi, tez-tez xarab olurdu. Ona görə də yuxarı mərtəbədə yaşayanlar çox əziyyət çəkir. Belə bir vaxtda Hacı Mazan liftlərdən birini zəbt edir, kod qoydurur, sakinlərin istifadə etməsinə icazə vermir. Təsəvvür edin ki, onlarla şəxs lift gözlədiyi bir vaxtda Mazan padşah ədasıyla öz şəxsi liftinə minib gedir. Heç kimə də qulaq asmır. Deyir, binanı mən tikmişəm, nə istəsəm edə bilərəm".
Bəs sakinlər nə etməlidirlər? Binanı tikən şəxsin lifti "özəlləşdirmək" hüququ varmı? Şikayətçilər hansı addımları atmalıdır?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Hacı Mazanın bu hərəkəti tam qanunsuzdur:
"Çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin ümumi əmlakı deyilən bir anlayış var. Ümumi əmlaka daxildir bir nəfərdən artıq sahə mülkiyyətçisinə xidmət göstərmək üçün nəzərdə tutulan bütün qurğu və avadanlıqlar. Bura aiddir, liftlər, meydançalar, pilləkən qəfəsləri, işıqlandırma üçün olan cihazlar, generatorlar, qaz təchizatını həyata keçirən qurğu və avadanlıqlar, su sistemləri və s. Binanın yerləşdiyi torpaq sahəsi daxil olmaqla onun ərazisində sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulan nə varsa, bu sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Bundan hamı bərabər hüquqlarla istifadə imkanına malikdir.
Binanı iki formada – mənzil tikinti kooperativi, yaxud MMC formasında tikmək olar. Mənzil tikinti kooperativi payçılardan formalaşır. Burada binanın vəzifəli şəxslərindən tutmuş, bir otaqlı ən aşağı kvadratlı mənzilə sahib olan payçıya qədər hamı eyni hüquqlara malikdir. MMC isə yalnız binanın tikintisi dövründə o binada fəaliyyət göstərir. Ondan sonra isə hər hansı formada , yəni idarəetmə, yaxud digər istiqamətlərdə iştirakı yolverilməzdir".
R. Osmanlı qeyd edib ki, sakinlər bununla bağlı məhkəməyə müraciət edə bilərlər:
"Ölkədə kommunal təsərrüfata nəzarət edən, onu həyata keçirən qurumlara, eyni zamanda məhkəməyə sakinlər müraciət edə bilərlər. Bu sahə mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılmasıdır".
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov da belə halların yolverilməz olduğunu deyib:
"Tikinti norma və standartları var. Memar o layihəni hazırlayanda tikinti norma və standartlarına istinad edir. Binada liftlərdən istifadə mənzil mülkiyyətçilərinin bərabər hüquqlu paylı mülkiyyətidir. Kiminsə orada artıq, yaxud əksik hüququ yoxdur. Kiminsə lifti özünküləşdirməsi yolverilməzdir. Binada hər şəxsə məxsus mənzilin içərisindən başqa çöldə dəhliz, bloklar, pilləkənlər, liftlər, zirzəmi, binanın fasad hissəsi, binanın həyəti ümumi paylı mülkiyyətdir. Hamının orada payı bərabərdir. Ən azı hər blokda iki lift olmalıdır. Biri yük, digəri sərnişinlər üçün nəzərdə tutulur. Eyni zamanda hər hansı bir forsmajor hal üçün əlavə pilləkən olmalıdır. Bütün bunlar tikinti norma və standartlarında var. Orada kiminsə əlahiddə hüququ və ya vəzifəsi nəzərdə tutulmayıb. Eyni zamanda heç bir sahibkarın belə addım ata bilməz. Çünki sahibkar binanı tikib təhvil verənə qədər sahibkardır. Ondan sonra onun səlahiyyəti bitir. Sakinlərin bu barədə etirazını 100% haqlı hesab edə bilərik. Sakinlər yalnız məhkəməyə müraciət edərək məsələni mübahisələndirə bilərlər".
Əmlak eksperti Elnur Fərzəliyevin fikrincə isə sakinlərin bir liftin ümidinə qalması həm də təhlükəsizlik baxımından yolverilməzdir:
"Bir lift iki dəfə artıq istifadə olunduğu üçün qısa müddətdə sıradan çıxır və istənilən vaxt bədbəxt hadisə baş vermə ehtimalı yaranır. Vətəndaşlara verilmiş lifti özünküləşdirmək birbaşa məhkəmə predimetidir. Çünki orada yaşayan onlarla ailənin liftdən istifadə hüquqları tapdalanır. Bunu kiminsə özünküləşdirməsi o qədər insanların hüquqlarının tapdanması deməkdir".
Qeyd edək ki, Hacı Mazan sonuncu dəfə mənzil satdığı şəxsin evinə hücum etməsi, onu döyməsi ilə gündəmə gəlmişdi.
Həmin vaxt ona cinayət işi açılmışdı.
(Bakupost.az)

Hadisə       Tarix: 29 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Şəkidə oteldə yanğın oldu

Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. apa-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəl

Gəncə şəhərində yanğın oldu

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhə

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

Ailəsi meyitini buradan tapdı - Beyləqanda müəmmalı ÖLÜM

Beyləqanda kişi meyiti tapılıb. xəbər verir ki, hadisə Yuxarı Aran kəndində qeydə alınıb. 56 yaşlı Hüseynov Habil Mənsim oğlunun meyitini ailə üzvləri yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlayıblar Onun hansı səbəbdə

"Çevik"in döyüləndən sonra FOTOSU

"Çevik" ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb. xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktl

Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu

Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb. 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci i

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Qubada ağır qəza: ölən və yaralananlar var 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar son xeberler az cəbhədən ən son xəbər en sonxeber