Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir

Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədirHacıbəy Heydərli, 
Mətbuat Şurası İdarə Heyətinin üzvü, azxeber.com informasiya portalının baş redaktoru
Prezident İlham Əliyev avqustun 21-də Özbəkistanın UZA (uza.uz) xəbər agentliyinə müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinin müxtəlif istiqamətləri ilə yanaşı, media və QHT əlaqələrindən də danışıb.
Cənab Prezident müsahibəsində deyib:
"Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 
2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. 
Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək."
Əminliklə demək olar ki, Prezidentin səsləndirdiyi bu faktlar Azərbaycan–Özbəkistan münasibətlərinin artıq yalnız siyasi, iqtisadi və mədəni əlaqələrlə məhdudlaşmadığını, media və vətəndaş cəmiyyəti səviyyəsində də sistemli, ardıcıl və praktik əməkdaşlığın formalaşdığını göstərir.
Xüsusilə media forumlarının ardıcıl şəkildə keçirilməsi çox mühüm məqamdır. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda təşkil olunan Azərbaycan-Özbəkistan Media Forumları iki ölkənin media nümayəndələri arasında əlaqələrin təsadüfi görüşlərdən çıxaraq institusional müstəviyə keçdiyini göstərir. Bu cür platformalar jurnalistlərin bir-birini daha yaxından tanımasına, təcrübə mübadiləsinə, ortaq media layihələrinin müzakirəsinə və qarşılıqlı informasiya mübadiləsinin genişlənməsinə imkan yaradır.
Bu münasibətlər təkcə peşəkar əlaqələrlə məhdudlaşmır, eyni zamanda iki ölkənin ictimaiyyətinin bir-biri haqqında daha dolğun və obyektiv məlumat əldə etməsinə xidmət edir.
Hesab edirəm ki, bu gün Azərbaycan mediası üçün Özbəkistanla əməkdaşlıq xüsusi perspektivlər açır. Çünki hər iki ölkənin həm tarixi, həm mədəni, həm də mənəvi yaxınlığı var. Bu yaxınlığın informasiya məkanında da öz əksini tapması olduqca vacibdir. 
Azərbaycan və Özbəkistan jurnalistlərinin qarşılıqlı səfərlərinin, birgə layihələrinin, media forumlarının və peşəkar mübadilə proqramlarının artırılması bu baxımdan mühüm nəticələr verə bilər.
QHT forumlarının nəticələrinin konkret layihələrə çevrilməsi isə çox əhəmiyyətli məqamdır. 2026-cı ildə iki ölkənin ilk dəfə birgə QHT qrant müsabiqəsi elan etməsi göstərir ki, əməkdaşlıq artıq sadəcə forumlar, görüşlər və müzakirələrlə kifayətlənmir. Əldə olunan razılaşmalar real layihələrə, qarşılıqlı fəaliyyət mexanizmlərinə və konkret nəticələrə çevrilir.
Xüsusilə qalib layihələrin qarşılıqlı olaraq digər ölkədə həyata keçirilməsi çox müsbət yanaşmadır. Bu, Azərbaycan və Özbəkistan vətəndaş cəmiyyəti institutlarının bir-birinin təcrübəsindən yararlanmasına, ortaq problemlər ətrafında birgə təşəbbüslər irəli sürməsinə və insanlar arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq.
Əslində, bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Bu münasibətlər artıq yalnız dövlətlərarası diplomatik əlaqələr deyil. Burada jurnalistlər, QHT-lər, ekspertlər, ictimai institutlar və müxtəlif peşə sahələrinin nümayəndələri də fəal şəkildə iştirak edirlər. Bu isə qardaş ölkələr arasında əlaqələrin daha dayanıqlı və uzunmüddətli olmasına ciddi zəmin yaradır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin bu məqamları xüsusi olaraq vurğulaması da təsadüfi deyil. Çünki dövlətlər arasında əldə olunan siyasi və iqtisadi razılaşmaların cəmiyyətlər arasında real əlaqələrlə tamamlanması münasibətlərin davamlılığı baxımından çox vacibdir. Media və QHT-lər isə bu prosesdə xüsusi rol oynayır. Jurnalistlər iki ölkənin xalqları arasında körpü rolunu oynayaraq, qarşılıqlı münasibətləri, əməkdaşlıq imkanlarını və ortaq dəyərləri daha geniş auditoriyaya çatdıra bilərlər.
Əminəm ki, Azərbaycan-Özbəkistan media əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Jurnalistlər arasında birbaşa əlaqələrin, qarşılıqlı səfərlərin, birgə media layihələrinin və informasiya mübadiləsinin artırılması iki qardaş ölkənin bir-birini daha yaxından tanımasına xidmət edəcək. Eyni zamanda, bu əməkdaşlıq Türk dünyasının ortaq informasiya məkanının formalaşmasına da mühüm töhfə verə bilər.
Bu baxımdan Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir.

Siyasi       Tarix: 22 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

"Bütün kartlar Trampın əlində idi, amma İran masanı çevirdi"

Amerikalı politoloq Con Mirşaymerin sözlərinə görə, İran ABŞ-la qarşıdurmada qüvvələr nisbətini faktiki olaraq dəyişib. xəbər verir ki, Mirşaymer hesab edir ki, qarşıdurmanın ilk mərhələsində əsas üstünlüklər və təzyiq rıçaqlar

İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib

Azərbaycanı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiy

Avropa siyasətçilərinin başı dərddə - Miqrasiya problemi bitmək bilmir

Avropa Sosialistlər Partiyasında miqrasiya siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Milli nümayəndəliklər arasında mövcud olan ziddiyyətlər iyulun sonunda 72 mindən çox insanın Mərakeşdən İspaniyanın Seuta anklavın

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - Sərəncam

Azərbaycanın tanınmış dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xaric

Azərbaycan Cənubi Afrika Respublikasına başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında qızıl mədənində baş verən qəza ilə bağlı başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə nazirliyin "X" hesabında bildirilib. Başsağlığı mesajınd

Azərbaycanın axtarış qərarından sonra Moskva hərəkətə keçdi – Zaxarovadan mesaj

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Rusiya vətəndaşlarının maraqlarını müdafiə etməyə hazır olduğunu açıqlayıb. xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarov

Azərbaycan əleyhinə çıxış edən nazir müşaviri işdən azad olundu

Əvvəllər Azərbaycan əleyhinə açıqlamalar verən Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib. Keçmiş məmur bu barədə teleqram kanalında yazıb. "Mən Rusiya nəqliyyat nazirinin müşavir

Avropa Komissiyasının rəhbəri İsrailin planlarını kəskin pislədi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İsrail hökumətinin E1 qəsəbə layihəsi çərçivəsində tikinti tenderləri elan etmək qərarını qəbuledilməz adlandırıb. KONKRET.azxəbər verir ki, o, bu barədə "X" sosia

İran daha güclü silahlardan istifadə edəcək - SEPAH rəsmisi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi Defa Press agentliyinə bildirib ki, əgər ABŞ ilə silahlı qarşıdurma yenidən başlasa, İran daha güclü silahlardan istifadə edə bilər. "Əgə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər kriminal bugun qurban bayrami 2026 son xeber 2026