Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEO

Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEO
Aprelin 20-də Hacıqabul rayonunda "Agro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlətimizin başçısının aqrar siyasətinin mərkəzində duran məsələlərdən biridir. Aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir.
Prezident İlham Əliyevə məlumat verildi ki, "Agro Dairy" MMC regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək məqsədilə layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7000 hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkiçilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib.
"Agro Dairy" MMC-nin nümayəndəsi: Sizin tapşırığınıza əsasən keçən ildən Samuxda biz təcrübəmizi digərləri ilə bölüşürük.
Prezident İlham Əliyev: Bəli, mən demişdim ki, bu təcrübəni başqa təsərrüfatlara da ötürün. Edirsiniz onu?
"Agro Dairy" MMC-nin nümayəndəsi: Bəli, cənab Prezident, edirik. Keçən ilin oktyabrında biz Hacıqabulda təlim mərkəzi tikdik və payız əkinindən əvvəl fermerləri dəvət etdik, özümüz onları gətirdik və onlara təlim keçdik. Hazırda yazlıq əkinlərinin başlanması ilə əlaqədar biz təlimləri yenidən təşkil etmişik.
"Agro Dairy" MMC-nin Aqronomlar Şurasının rəhbəri Kristof Hartiq işğaldan azad edilmiş Ağdam və Füzulidə olduqlarını bildirdi, bu rayonların torpağının münbit olduğunu qeyd etdi. Dedi ki, lakin ermənilərin torpağı pis vəziyyətə salıblar. Orada torpağın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən işlər görülməlidir.
Qeyd edək ki, aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksək keyfiyyətli məhsul almaq mümkün olur. İqtisadiyyat Nazirliyi tərəfindən "Agro Dairy" MMC-yə taxıl və yem bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Bu sənədlə MMC 23,4 milyon manat məbləğində ƏDV-dən və gömrük rüsumlarından azad edilib.
Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini "seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı" prinsipinə əsaslanaraq həyata keçirir. Toxum emalında yeniliklərə gəldikdə isə, "Plug & Play" texnologiyasının ölkəmizdə tətbiqinə başlayıb. Layihələrin uğurlu icrası ilə toxum idxalından asılılığının azalacağı gözlənilir.
12:32
Aprelin 20-də Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEOHacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatı oldu - YENİLƏNİB+FOTO/VİDEO

Siyasi       Tarix: 20 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri