Hacıqabulda eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Open.az-a verilən məlumata əsasən, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər YNH-si saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib.
Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "MAN" markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.
Başqa bir yol-nəqliyyat hadisəsi yanvarın 28-də saat 22 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində baş verib.
Nazirliyin məlumatında qeyd edilir ki, Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər üç hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib