Hadi Rəcəblinin nəvəsinin toyu ilə bağlı açıqlama: "Toy deyil, yığıncaq olub"
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə təşkil etdiyi toy mərasimi barədə xəbərlər, bu gün isə həmin mərasimdən videogörüntülər yayılıb. Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən mövcud karantin qaydalarına görə beş nəfərdən artıq şəxsin toplaşması qadağan olsa da, keçirilən toy məclisində 150 nəfər qonağın iştirak etdiyi iddia olunur.
Open.az-ın xəbərinə görə, sözügedən mərasimdə iştirak edən ailə üzvlərindən olan Mirmöhsüm Dadaşov çıqlamasında yayılan informasiyaların təhrif olunduğu bildirib. Onun sözlərinə görə, heç bir toy mərasimi keçirilməyib:
"Bu sadəcə nikaha görə dostlar arasında keçirilən kiçik yığıncaq olub. Restoran açıq havada fəaliyyət göstərib və 10 nəfərdən artıq qonaq olmayıb. Masalar qaydalara uyğun şəkildə müəyyən məsafələrdə qoyulub. Yığıncaq saat 10-a qədər davam edib və orada ailə üzvləri olmayıb. 150 nəfərin iştirak etməsi və toy mərasimi olmasına dair xəbərlər yanlışdır. Karantin qaydalarına görə, restoranların axşam saat 10-a qədər fəaliyyətinə icazə var. Biz də restoran bağlananda oranı tərk etmişik". (Oxu.az)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib