Hakan Fidan: "İsveçin NATO-ya problem yaratdığı görünür"
"İsveçin NATO-ya üzv olmaq istədiyi gündən əlavə güc deyil, problem yaradan bir ölkə kimi görünməsi bizi düşündürür".
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə İsveçin strateji və təhlükəsizlik baxımdan NATO-ya üzvlüyünün bir yük, yaxud fayda verəcəyi müzakirələr üçün açıqdır.
Nazir Stokholmda terrorçu qruplaşmanın aksiyalar keçirdiyi, pul toplaya bildiyi bir şəraitdə müsbət mənzərənin yaranmadığını qeyd edib: "Ancaq biz öz prinsiplərimizlə hərəkət edirik. İsveç öz öhdəliklərini yerinə yetirərsə, başqa alternativlər nəzərdən keçirilə bilər".
H.Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələləri diqqətlə izləyir. O, kabinetin iyulun 6-da keçiriləcək toplantısından sonra İsveçlə bağlı məsələyə baxacaqlarını da vurğulayıb.
Qeyd edək ki, İsveçdə bu günlərdə Quran-Kərim yandırılıb. Hökumət bu məsələyə fərdin azadlığı kimi yanaşaraq hadisəni törədəni cəzalandırmayıb. Bu da müsəlman ölkələrində kəskin etirazla qarşılanıb. Hadisə İsveçin NATO-ya üzvlüyü məsələsində ciddi problemlərdən bir olub.
Xatırladaq ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçiriləcək.//Report

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi