Hakimin taksi sürücüsü tərəfindən döyülən atası 3 ay sonra vəfat etdi - FOTO

Hakimin taksi sürücüsü tərəfindən döyülən atası 3 ay sonra vəfat etdi - FOTOTaksi sürücüsü tərəfindən döyülərək ağır xəsarət alan Xəzri Həşim Əjdər oğlu 3 ay sonra vəfat edib.
KONKRET.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Xəzri Həşim ötən ilin oktyabr ayının 20-də Binəqədi rayonu ərazisində özünə məxsus "Hyundai Santa Fe" markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn "Nissan Sanny" markalı avtomobilin sürücüsü Hüseynov Nicat Arif oğlu ilə aralarında bir-birinə yol verməmək üstündə mübahisə yaranıb. Taksi fəaliyyəti ilə məşğul olan N. Hüseynov mübahisə zamanı Xəzri Həşimi yumruq və təpiklə döyüb. Nəticədə Xəzri Həşim baş-beyin nahiyəsindən həyatı üçün təhlükəli olan xəsarətlər alıb.
Hadisədən sonra şiddətli baş ağrıları başlayan zərərçəkmiş oktyabrın 24-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Xəstə kompüter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkar edilib. O, həmin günü evə buraxılıb, lakin axşam baş ağrıları daha da şiddətlənib. Aldığı zərbələrin təsirindən həmin gün axşam Xəzri Həşimin vəziyyəti yenidən pisləşdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına geri qaytarılıb. Xəstəxanaya çatdırıldıqdan təxminən 20 dəqiqə sonra komaya düşüb. Xəstə kompüter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qansızma ocağının artması müəyyən edilib və intubasiya edilərək təcili əməliyyata alınıb. Xəzri Həşim ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər Respublika Neyrocərrahiyyə Xəstəxanasına stasionar müalicə alsa da, səhhəti daha da ağırlaşıb. Sonradan Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən xəstə dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib.
Xəzri Həşim bu il yanvarın 25-də vəfat edib.
Hadisəni törətməkdə təqsirləndirilən N. Hüseynov isə polis tərəfindən saxlanılıb, o, Cinayət Məcəlləsinin 126.1-ci ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Məlumata görə, Xəzri Həşim Əjdər oğlu Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının atasıdır.
Hakimin taksi sürücüsü tərəfindən döyülən atası 3 ay sonra vəfat etdi - FOTO

Hadisə       Tarix: 29 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün