Hakimliyə yeni seçim qaydaları təsdiqləndi

Hakimliyə yeni seçim qaydaları təsdiqləndiMəlum olduğu kimi 2024-cü il 7 noyabr tarixdə "Məhkəmələr və hakimlər haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən hakimliyə namizədlərin seçim prosesinin sayı 4-dən 3-ə endirilmişdir. Edilmiş dəyişikliyə əsasən namizədlərin seçimi test imtahanı, yazılı imtahan və müsahibə əsasında aparılacaqdır. 
azxeber.com xəbər verir ki, yeni qaydalara əsasən, test tapşırıqlarının 90-ı namizədin müvafiq qanunvericilik sahələri üzrə biliklərini, 10-u isə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən etmək məqsədi daşıyır.
Həmçinin yazılı imtahan mərhələsində hər bir sahə üzrə kazusun cavabı ən çoxu 100 bal ilə qiymətləndirilir. Namizədin həm cinayət hüquqi, həm də mülki hüquqi sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir. 
Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahandan keçmiş hesab edilir, bu şərtlə ki, onun hər sahə üzrə ayrı-ayrılıqda topladığı ballar 40-dan az olmasın.
Yeni dəyişikliklərə əsasən, namizəd şəxsiyyət vəsiqəsinin sürətini Elektron Hökumət İnformasiya Sistemi üzərindən, əmək müqavilələrinə dair çıxarışı isə (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş, eləcə də 2014-cü il iyulun 1-dək əmək müqavilələrinə xitam verilmiş şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemindən əldə etməklə təqdim edəcək.
"Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları"na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə keçidi vasitəsilə tanış olmaq mümkündür.

Sosial       Tarix: 16 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun xeberler azerbaycan cebheden xeber xəbərlər.com