Hamamda görüşdüyü sevgilisini şantaj edən müğənni həbs edildi

Hamamda görüşdüyü sevgilisini şantaj edən müğənni həbs edildiSevgilisinin görüntülərini yayaraq onu şantaj edən gənc müğənni Sahil Naxçıvanlı həbs edilib.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sahil Naxçıvanlı barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi ilə əlaqədar həbs edilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona üç il müddətinə həbs cəzası verilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, S.Naxçıvanlı sosial şəbəkədə tanış olduğu və sevgi münasibəti yaşadığı qızdan hədə-qorxu ilə pul və qızıl alıb. Belə ki, o, bir neçə ay əvvəl "TikTok" sosial şəbəkəsində tanış olduğu Zərifə Xəlilova (Ad, soyad şərtidir) adlı qızla münasibət qurub. Həmin vaxt onlar gecə saat 03 radələrində qızın ailəsinin Xırdalan şəhərində yaşadığı evin həyətindəki hamamda gizli görüşüblər. Bu zaman S.Naxçıvanlı qızla birgə görüntülərini çəkib.
Daha sonra onlar Sahilin yaşadığı binada da görüşüblər. Bir müddət sonra isə 28 yaşlı müğənni həmin fotoları sosial şəbəkələrdə yerləşdirib, altından qızın atasının nömrəsini yazaraq haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, fotoşəkillərin mobil telefonundan silinməsi üçün qarşı tərəfdən 5 000 manat məbləğində pul tələb edib. Gənc qız rüsvay olmamaq üçün evdən oğurladığı 1 000 manat pulu və ümumi dəyəri 2 980 manat olan qızılları gizli şəkildə Sahilə verib.
Qızın evdən pul və qızılları gizlin götürməsi üzə çıxandan sonra valideynləri onun Sahil tərəfindən şantaj edildiyini öyrənib, polisə müraciət ediblər.
Qeyd edək ki, S.Naxçıvanlı sosial şəbəkələrdə aktiv müğənnilərdən olub. Onun ifa etdiyi mahnılar "YouTube" platformasında onminlərlə baxış və izləyici toplayıb.

Sosial       Tarix: 27 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az maliyye xeberler bugun az xeber bugünkü son xəbərlər