Hamilələr ginekoloqa yalnız bu hallarda getsin - HƏKİMDƏN AÇIQLAMA

Hamilələr ginekoloqa yalnız bu hallarda getsin - HƏKİMDƏN AÇIQLAMAHamilələr pandemiya dövründə nə etməlidirlər?
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Mamalıq və Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov bununla bağlı sosial şəbəkədə fikirlərini açıqlayıb.
Adətən hamilələr hamiləlik müddəti boyunca 7-9 dəfə ginekoloqa getməlidir. Amma indiki halda bunu 3 dəfə etmək olar. Birinci görüş 17-ci həftə, ikinci 25-27-ci həftə, üçüncü isə 32-33-cü həftələr ərəfəsində ola bilər.
Əlbəttə, hamiləliyi təsdqi etmək üçün də həkimə getmək lazımdır. Çünki hamiləliklə bağlı yalançı simptomların yaranması mümkündür. Və yaxud boru hamiləliyi kimi hallar yaşana bilər. Bu da problem yaradar, qadının həyatı bahasına başa gələ bilər.
Hamilələr digər insanlardan daha çox izolyasiya tədbilərinə əməl etməli, kənar insanlarla əlaqəni kəsməlidirlər. Əlləri tez-tez sabunla yumaq, evin havasını gündə 2-3 dəfə, hərəsində 10 dəqiqə olmaqla dəyişmək lazımdır. Burun boşluğunu az duzlu və ya uyğun məhlulla yumaq lazımdır. Hamilə qadın yalnız həkimə gedərsə evdən çıxmalı və bu halda da əlcək və tibbi maska geyinməlidir.
Evə qayıdanda əlcək və tibbi maskanı müvafiq qaydada çıxarıb atmalı, paltarları çıxarıb yumalı, duş qəbul etməlidirlər. Hamilə qadının ümumiyyətlə, həkimə getməməsi də doğru deyil, bu, dölün ölümünü 5 dəfəyə qədər artıra bilər.
İndiyə kimi olan məlumatlara görə, dünyada cəmi 35 hamilə qadın koronavirusa yoluxub. Onların arasında ölüm halı yoxdur. Çünki hamilə qadınların immun sistemi digər insanlarla müqayisədə fərqli olur, özünü daha dözümlü göstərir. Hamiləlikdə koronavirus olan qadınlardan 3-nün körpəsində virus aşkarlanıb. Bunlar doğuşdan sonra aşkarlanıb, lakin o körpələrin heç birində problem yaranmayıb. Yalnız bir hamilə qadın süni tənəffüs aparatına qoşulub. Xoşbəxtlikdən bizdə bu günə kimi hamilə qadının koronavirusa yoluxması halı qeydə alınmayıb.
Yeni ana olanlar da izolyasiya tədbirlərinə və gigiyena qaydalarına ciddi əməl etməli, özlərini narahat hiss edərlərsə, körpəyə süd verən zaman tibbi maska taxmalı, çox həyəcanlanarlarsa, südü xüsusi cihazla sağıb uşağa verməli və həkimə müraciət etməlidirlər.
Bu günə qədər ana südündə koronavirus aşkarlanmayıb. Lakin koronavirusa yoluxan hamilə ana olandan sonra südü laborator müayinə olunmalı, bundan sonra gigiyena qaydalarına, eləcə də süd vəzininin təmizliyinə riayət etməklə uşağa süd verilməlidir...
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli