Hansı daha faydalıdır: Düyü, yoxsa qarabaşaq yarması?

Hansı daha faydalıdır: Düyü, yoxsa qarabaşaq yarması?Qarabaşaq və düyü ən populyar pəhriz yeməkləri olaraq qalır.
Milli.Az publika.az-a istinadən qarabaşaq və düyünün faydaları ilə tanış edib.
Həm düyü, həm də qarabaşaq faydalı element və vitaminlər ehtiva edir. Lakin bu faydanın həcmi ciddi şəkildə fərqlənir. Məsələn, 100 qram qarabaşaqda maqnezium düyüdən dörd dəfə, sink isə ikiqat çoxdur. Qarabaşaqda kalium düyüdən təxminən dörd dəfə daha zəngindir. Qarabaşaq az qidalandırıcı bir məhsuldur: 100 qramda - 110 kkal.
Fitnes üzrə rusiyalı təlimçi Alyona Bulatova arıqlamaq istəyənlərə düyü yeməyi tövsiyə edir: təxminən eyni kalori var - 116 kkal, lakin daha sadə tərkibi olduğuna görə gündə daha çox yemək olar.
Sağlamlığa faydası
Düyü və qarabaşaq yarmasının tərkibindəki yüksək kalium ürək-damar sisteminə müsbət təsir edir, ödem və duzlardan yaxa qurtarmağa kömək edir və bu, oynaqlarımız və böyrəklərimiz üçün vacibdir.
Qastrit və ya yazva diaqnozu qoyulmuş insanlar üçün düyü xüsusilə qaynadılmış formada faydalıdır - yemək borusunun divarlarını yumşaq şəkildə örtə və mədə-bağırsaq traktının turşuluğunu azalda bilər.
Qarabaşaq bədənin öz zülalını sintez etməsinə kömək edir, buna görə ətin qismən əvəzləyicisi kimi vegetarianların rasionunda əvəzolunmazdır. Qarabaşaq yarmasında olan vitaminlər sinir sistemini gücləndirir və stress və gərginliyi azaltmağa kömək edir.
Zərərləri
Ağ rəfinıə edilmiş düyü qəhvəyi və ya qara qədər faydalı deyil. Üst qabıq, yəni vacib qida maddələrini ehtiva edən hissə çıxarılır. Ancaq hazırlıq və qiymət səbəbindən insanlar yalnız belə bir düyü seçirlər. Dietoloq Yekaterina Zaxarova bildirib ki, gündə 200 qram kifayətdir.
Şəkərli diabet xəstələri üçün böyük həcmdə düyü tövsiyə edilmir, çünki tərkibində çox miqdarda nişasta var, bu da qanda şəkər səviyyəsinin artmasına səbəb ola bilər. Bundan əlavə, mütəxəssislər qeyd edirlər ki, düyü maddələr mübadiləsini yavaşlada bilər, odur ki, həzm problemi olan insanlar bu taxıl qəbulunu məhdudlaşdırmalıdırlar.
Qarabaşaq həddindən artıq yediyiniz halda allergik reaksiyalara səbəb ola bilər. Eynilə düyü kimi qarabaşaq yarması da metabolizmi yavaşlada bilər. Qida zəhərlənməsindən və ishaldan sonra yemək tövsiyə olunur.
Qidalanmanın balanslı olması və bütün zəruri iz elementlərinin bədənə daxil olması üçün bütün növ dənli bitkilər rasionumuzda mütləq olmalıdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri