Hava limanının direktoru 40 mini mənimsəyib - İDDİA
Azərbaycan Hava Yolları QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur.
KONKRET.az xəbər verir ki, limanın rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan aldığı 40 min manatı geri qaytarmayıb.
Eldar Hüseynov iddia edib ki, iki il əvvəl Anar Axundovun səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40 min manat borc verib. Lakin liman rəisi aldığı pulu geri qaytarmır, 2 ildir onu get-gələ salır, hər dəfə müxtəlif bəhanələr deyir. Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib.
Artıq məhkəmə Eldar Hüseynovun tələb etdiyi 40 min və ödənilmiş dövlət rüsumuna görə 210 manatın Anar Axundovdan tutulması barədə iddianı təmin edib.
Lənkəran Beynəlxalq Hava Limanının rəisi faktı təsdiqləyib:
"Pulu mənimsəməmişəm. Lazım olub, götürmüşəm. Artıq onu qaytarmağa başlamışam. Bu barədə Eldar Hüseynovun özündən də soruşa bilərsiniz".
Qeyd edək ki, Anar Axundovun dayısı da Azərbaycan Hava Yolları QSC-də yüksək vəzifədə çalışır.
11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olan Eldar Hüseynov 2000-ci ildən 2020-ci ilə kimi Lənkəran bələdiyyəsinin sədri olub, 2021-ci ildə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.//Qaynarinfo

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu