Həbsdən çıxan İmran Ağayevə yeni vəzifə verildi
Rüşvət ittihamı ilə həbs edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.
KONKRET.azUnikal-a istinadla xəbər verir ki, İ. Ağayev Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji klinikasının direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının "VİP korpus"larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var