"Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və hökumətinin iradəsinə təsir göstərə bilməz

Noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Daha sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminliyini bildirib.
Səfər çərçivəsində keçirilən təkbətək və nümayəndə heyətləri ilə geniştərkibli görüşlərdə bir çox məsələlər müzakirə edilib, gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-biriminin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.
Dövlət başçımız tərəfindən verilmiş mesajların bütün siyasi çalarlarını anlamaq və hiss etmək üçün, ilk növbədə, iki məsələni mütləq nəzərə almalıyıq: İraq Prezidenti Azərbaycandan sonra Ermənistana səfər edəcək və aydın məsələdir ki, burada səslənən mesajlar öz inkişafını Ermənistanda müxtəlif interpretasiyalarda tapa bilər. Hər hansı dövlət başçısının rəsmi səfəri mütləq beynəlxalq mətbuatın diqqətində olacaq və müxtəlif siyasi kontekstlərdə ictimaiyyətə təqdim ediləcək. Qeyd edilənlərin nəzərə alınması olduqca zəruridir.
"Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik". Qeyd olunan sözlər Azərbaycanın şərtsiz Qələbəsinin tarixi nailiyyət və obyektiv həqiqət kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına xidmət edir. Suverenliyin toxunulmazlığı ölkəmizin prinsipial mövqeyidir və bu məsələdə hər hansı güzəşt qəbulolunmazdır. Əslində Prezident bu sözlərlə sülh danışıqlarının və birgəyaşayışın Azərbaycan üçün prinsipial hesab edilən şərtlərini səsləndirmiş olur.
"Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər". Ehtimal edə bilərik ki, sözügedən mesaj, eyni zamanda, Ermənistan cəmiyyətinə yönəlib və bildirilir ki, rəsmi İrəvanın qərarları erməni xalqının maraqlarına yox, Qərb kuratorlarının regiondakı geosiyasi ambisiyalarının ödənilməsinə xidmət edir.
"Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır". Belə bir fikrin səsləndirilməsi ilə Prezident İlham Əliyev təkcə ölkəmizin hərbi gücünü nümayiş etdirmir, eyni zamanda, Azərbaycanın geosiyasi qərarları müstəqil və milli maraqlara uyğun şəkildə qəbul etmək iqtidarında olduğunu nümayiş etdirir.
"Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır". Kifayət qədər açıq və aydın olan bu mesaj əslində bildirir ki, regionun gələcəyini və gələcək münasibətlərinin arxitekturasını bu regionda olan ölkələr özləri müəyyən etməlidir. Azərbaycan Prezidentinin Gürcüstana səfərləri və səfərlər çərçivəsində səsləndirilmiş mesajlar sözügedən mülahizəni dolayısı ilə təsdiqləyir. Yalnız bu halda sabitlik və dayanıqlı inkişaf kimi amillər qonşu ölkələr arasında münasibətlərin əsas keyfiyyət xarakteristikasına çevrilə bilər. Beləliklə, dövlət başçısı açıq şəkildə bildirir ki, sönən alovu təkrar yandırmaq arzusunda olan qüvvələr təkcə Azərbaycanı hədəfə almırlar, onların geostrateji hədəfi bütün regionu asılı vəziyyətdə saxlamaqdır.
"Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər". Bəli, qeyd olunan mesajın geosiyasi tutumu heç də az deyil, ancaq ehtimal edə bilərik ki, Prezident İlham Əliyev bu sözlərlə erməni xalqını müstəmləkə təfəkkürünün hipnoz təsirindən oyatmaq istəyir. Dövlət başçısı uzun illər ərzində bütün beynəlxalq platformalardan dəfələrlə vurğulayıb ki, Ermənistanın inkişafı yalnız Azərbaycan torpaqlarının qaytarılması və ölkəmiz ilə dost əməkdaşlıq münasibətlərinin qurulmasından keçir.
"Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır". Qeyd olunan mesaj ilə Azərbaycan Prezidenti bölgədə qarışıqlıq yaratmaq arzusunda olanlara açıq şəkildə işarə edir. Bəli, bu qabaqlayıcı mesajdır və məhz elə bu səbəbdən də beynəlxalq informasiya məkanında cənab Prezident müəyyən etdiyi bu kontent üstünlük təşkil etməlidir. Ümid edək ki, ölkəmizin aidiyyəti beyin mərkəzləri düzgün nəticələr çıxardacaq və adekvat tədbirlər də görüləcəkdir.
"Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz". Bəli, bu mesaj, ilk növbədə, ali siyasi iradənin nümayişidir. Ancaq Prezident İlham Əliyevin dövlət siyasətinin xüsusiyyətlərini nəzərə alaraq ehtimal edə bilərik ki, qeyd olunan mesaj, eyni zamanda, xalqın ictimai-siyasi şüurunda "qalib xalq" təfəkkürünün formalaşması prosesinə də bir töhfədir.
"Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə". Bütün müstəvilərdə açıq üstünlüyə malik olan bir tərəfin sülhə hazır olmasının bəyan etməsi sadəcə sülh və tolerantlıq jesti deyil. Bu mesaj, ilk növbədə, beynəlxalq ictimaiyyətə sülhdən qaçan tərəfi nümayiş etdirir.
Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqların qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident İlham Əliyev diplomatik peşəkarlığını növbəti dəfə nümayiş etdirdi, bununla regionda siyasi maraqları olan qüvvələri ölkəmizin artan nüfuz və gücü ilə hesablaşmağa bir daha vadar etdi.
Naftalan şəhər sakini Tamara Həsənova

Siyasi       Tarix: 23 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az