Heç bir müğənni aparıcıya diqtə edə bilməz!' - Tarix Əliyev

Heç bir müğənni aparıcıya diqtə edə bilməz!' - Tarix ƏliyevAparıcı, prodüser Tarix Əliyev televiziyalarda müğənnilər ilə aparıcılar arasında yaranan qalmaqallara münasibət bildirib.
azxeber.com xəbər verir ki, o, sosial şəbəkə hesabında yayımladığı videoda bu haqda açıqlamalar edib.
"Müğənni heç bir aparıcıya diqtə edə bilməz" deyən Tarix Əliyev aparıcıları aciz olmaqda günahlandırıb:
"Düşünürəm ki, bu gün müğənnilər televiziya aparıcılarına diktə edə bilməzlər. Heç bir aparıcı qonaq müğənniyə, başqa bir müğənni haqqında sual verməkdən çəkinməməlidir. Efirin sahibi o an mənəmsə, istədiyim sualı da verə bilərəm. Televiziya bu gün hər kəsə lazımdır. Alimə də, həkimə də, şairə də, məmur da və ən çox da sənət adamlarına.Amma bu gün efirlərdən bunu görürük ki, aparıcılar bəzən qonaq çağırdıqları sənət adamlarının qarşısında aciz duruma düşürlər və bu da efirdən pis görünür.Əziz həmkarlar, çalışın öz evinizdə söz sahibi olun. Bu gün Azərbaycanda əlçatmaz müğənni yoxdur. Hansısa müğənninin fəxri adı, titulu onları toxunulmaz etmir. Statuslarda kimlərəsə söz ata bilirsinizsə, verilişdə də suala mərd cavab vermək lazımdır".
Daha sonra Tarix Əliyev hər müğənniyə öz ifa tərzinə görə yanaşmağın vacibliyindən danışıb:
"Biz aparıcılar gündəmə işləyirik. Amma bununla razıyam ki, hər müğənniyə öz sahəsi ilə bağlı sual vermək lazımdır. Məsələn, muğam oxuyan sənətçiyə elə muğam ifa edəndən sual verilməlidir. Çünki şou-biznes müğənnilərinin onlara heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, estrada müğənnisinə estradadan, xanəndəyə muğam, repə, rep, şansona da şansondan sual vermək lazımdır. Hər təbəqənin öz müğənnisi var".
Aysel

Şou Biznes       Tarix: 17 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu en yeni xeberler cəbhədən ən son xəbərlər hava