"Heç kim məni işdən çıxarmayıb" - Hüsniyədən Nuraya cavab
"Şirkətlərdən birində "Film & Media Production" departamentinin direktoru vəzifəsində çalışıram. Şirkət dünya miqyaslı tədbirləri (əsasən idman) ölkəmizdə keçirməklə məşğuldur. Dəhşətli dərəcədə xoşum gəlir buradan. Sonuncu dəfə bu gədər razı olduğum yer manatın avroya xod gedən vaxtlarında olub".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, ötən gün yazdığı statusa görə AzTV-dən qovulması xəbərlərinə münasibət bildirib.
Hüsniyə sözügedəm kanaldan öz istəyi ilə uzaqlaşdığnı söyləyib: "Sanki ölkənin ən yaradıcı beyinləri bura yığılıb. Hamı gənc, savadlı, işini bilən, sağlam insanlardı. Bomba direktorum var. Bizimlə birgə işin hər bir prossesində iştirak edir. Ona işlə bağlı söz demək üçün qəbuluna yazılıb, telefonu təhvil verib, böyük kabinetə girməyə ehtiyac yoxdur.
Bunları yazmağımda məqsəd eşitdiyim əsaslanmamış söz-söhbətə son qoymaqdır. İşləyirəm və heç kəs məni heç yerdən çıxarmayıb. Ümumiyyətlə, bu vaxta qədər heç kim məni işdən uzaqlaşdırmayıb. Hər yerdən öz istəyimlə, ərizəmi yazaraq, sülh yolu ilə ayrılmışam.
Nə qədər hazırki yerimdən məmnun olsam da, indidən deyim ki, qarşıda başqa işlər, planlar, perspektivlər var. Bir müddət sonra buradan da ayrılmalı olacam.
Başa düşürəm, karantindi, boş vaxtınız həmişəkindən daha çoxdur, amma belə söz-söhbətlərə vaxtınızı itirməyin".
Qeyd edək ki, ötən gün müğənni Nura Suri Hüsniyə ilə bağlı "Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz" sözlərini bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım
Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"