Həkim-dermatonevroloq: Dəri vərəmi tam müalicə olunur

Həkim-dermatonevroloq: Dəri vərəmi tam müalicə olunurDərinin mikrobakteriyalar ilə törənən bakterial infeksiyalarından biri dəri vərəmidir. Dəri vərəminin epidemioloji olaraq dünyanın çox ölkələrdə yayılması müşahidə olunur. Məlumatlara görə, hər il dünyada 0,3-0,5 milyon insan dəri vərəmi ilə xəstələnir. Xəstələnmə hallarının əksəriyyəti Afrika, Asiya, Latın Amerikasında qeydə alınır. Avropada dəri vərəminə daha çox uşaq və qadınlarda rast gəlinir. Dəri vərəmi Azərbaycanda da qeydə alınır.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.
"Xəstəliyin infeksiya mənbəyi xəstə insan və mal-qara ola bilər. Dəri vərəminin xüsusi yoluxma yolları dərinin hər hansı bir əşya, endogen yollar, limfa və qan damarları vasitəsilə birbaşa zədələnməsi vasitəsilə mümkündür. Bununla yanaşı, xəstəlik vərəmlə zədələnmiş qonşu orqanlardan, limfa düyünlərdən, oynaq və sümüklərdən də hamar dəriyə keçə bilər. Digər yoluxma yolu vərəmlə zədələnmiş orqanların ifrazatı - bəlğəm, sidik və nəcis vasitəsilə mümkündür. Orqanizm zəif deyilsə, dəri vərəminə yoluxmamaq olar. Orqanizmin zəifləməsi, immunitetin düşməsi, sosial məişət şəraitinin aşağı olması, əlverişsiz iqlim şəraiti, yüksək rütubət, aşağı temperatur, istehsalatda sanitar normalara əməl edilməməsi, orqanizmin vitamin disbalansı, damar pozuntuları dəri vərəminin əmələ gəlməsinə şərait yaradan amillər sırasındadır. Mikobakteriya tüberklyozis törədicisidir. Uzun müddət nəm mühitdə qala bilər. Onun hamar dəriyə düşməsi vərəmin yaranması üçün şərt deyil. Lakin yoluxma üçün əlverişli şəraitin olması mütləqdir. Bildiyimiz kimi bilək nahiyəyə vurulan dərialtı tüberkulin, yəni mantı sınağı 72 saatdan sonra qiymətləndirilir. Əgər, qızarma olmasa nəticə mənfi, 2-4 millimetr diametri olan papula yaranarsa, nəticə şübhəli, papulanın diametri 5 millimetrdən böyük olarsa, nəticə müsbətdir. Hipoallergik vərəmdə papulanın diametri 1,5-2 santimetrə qədər ola bilir", - deyə mütəxəssis diqqətə çatdırıb.
Həkim-dermatonevroloqun sözlərinə görə, dəri vərəminin müxtəlif formaları var: lokal, disseminə olunmuş və sair. Bu formaların özünün məhz qadınlara, uşaqlara, kişilərə məxsus növləri mövcuddur: "Dəridə səpki elementi dəri qranilyoması, tüberkulyoma yaxud lüpoma adlandırılır. Dəri vərəmindən söhbət getdikdə vərəm qurd eşənəyi yada düşür. Onun bir neçə növü var. Yastı, sürünən, psoriazabənzər, impegitinioz, qartmaqlı forma, mutelyasiyaedici və sair.
Kollikviativ dəri vərəmi - skrofuloderma ən çox qadınlara və uşaqlara məxsusdur. Kişilərdə daha çox rast gəlinən ziyilli dəri vərəmi qollarda, əllərdə, əl və ayaq barmaqlarında qeydə alınır. Milyar-xoralı dəri vərəmi xəstəliyin hamar dəridən bilavasitə selikli qişalara keçən formasıdır və yaşlılarda aşkarlanır.
Papulonekrotik dəri vərəmi daha çox cavan qadınlarda rast gəlinir və lokalizasiyası aşağı ətraflardır. İndurativ dəri vərəmi də əsasən qadınlara məxsusdur və lokalizasiyası baldırlardır. Lixenoid dəri vərəmi yeniyetmələrdə və uşaqlarda müşahidə olunur. Lokalizasiyası bədən, əksər hallarda yan, bəzi hallarda üz ola bilər. Üzün disseminə olunmuş milyar vərəmi ən çox yaşlılarda qeydə alınır.
İmmunitetin vəziyyəti dəri vərəminə yoluxma halının baş verib-verməməsində əsas rol oynayır. Əgər orqanizm gümrahdırsa, qida tərzi normaldırsa, evdə, işdə, sanitar-gigiyenik normalara əməl olunursa, yoluxma şansı aşağıdır.
Xəstəlik bakteriya olduğuna görə tam müalicə olunur. Müalicə antibakterial dərmanlarla, xüsusilə bu preparatların müxtəlif kombinə olunmuş sxemləri ilə aparılır. Vərəm dedikdə, ağciyər vərəmi yada düşür. Lakin şərt deyil ki dəri vərəmi ağciyər və başqa daxili üzvlərlə bağlı olsun. Vərəmin dəridə lokal formalarda da yaranması mümkündür".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 26 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən canlı sonxeber.az cəbhədən görüntüleri