Həkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım - FOTO

Həkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım - FOTO"Liv Bona Dea" Hospitalının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyev arasında sosial şəbəkədə baş tutan yazışma böyük qəzəb doğurub.
KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, noyabrın 25-də Bakıda UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycan çempionu "Sabah" İspaniyanın "Barselona" komandası ilə qarşılaşacaq.
Həkim Elbəyi Daşdəmirli "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasla fotosunu sosial şəbəkə hesabında paylaşıb. Bu paylaşıma şərh yazan digər həkim Y.Haxverdiyev isə "Sabah"ın sözügedən oyunda "Barselona"ya məğlub olacağına eyham vuraraq, həmin tarixdə "Barselona"nın baş məşqçisi Hans Flikin Valdasa prostat müayinəsi aparacağını yazıb:
"Abi, noyabrda məşhur alman uroloqu Hans Flik Bakıda bu müəllimə prostat müayinəsi icra edəcəkmiş deyirlər…".
E.Daşdəmirli isə "Elə həmin oyuna hazırlayıram" cavabını verərək Valdas Dambrauskasın onun pasiyenti olduğunu və tibbi müalicə aldığına dair məlumatı ictimai şəkildə açıqlayıb.
Həkimin pasiyentinin tibbi məxfiliyini pozaraq onunla bağlı məlumatı sosial şəbəkədə paylaşması, həm də bunu zarafat və sarkazm formasında etməsi istifadəçilər arasında ciddi narazılığa səbəb olub.
Yazışmaya münasibət bildirən jurnalist İlhamə Qasımlı da həkimlərin sosial mediada pasiyentlər üzərindən bu formada ünsiyyət qurmasını sərt tənqid edib. Onun sözlərinə görə, məqsəd zarafat olsa belə, pasiyentin diaqnozu və müayinəsinin ictimai müzakirəyə çıxarılması həkim etikası baxımından ciddi suallar doğurur.
"Ölkənin iki ən prestijli, ən elit və ən lüks xəstəxanasının uroloq və travavmatoloqunun sosial şəbəkədə hər kəsə açıq paylaşımda pasiyenti müzakirə üslubu… Hər ikisi də pasiyent məxfiliyi (hasta mahremiyeti) prinsipinin önəm verildiyi Türkiyə tibb təhsilinin yetirməsidir. Qapalı Vatsap qrupu olsa, bəlkə "iki həmkar arasında olan zarafat" donu geyindirilərdi. Amma hər kəsə açıq platformada ölkənin tanınmış idman mütəxəssisi olan pasiyentin müayinəsini bu şəkildə müzakirə etmək etimad və məxfilik şərtlərinə kölgə salır. Niyyət nə olursa-olsun, pasiyentin diaqnozu, müayinəsi üzərindən məzəli və ya sarkazmlı ünsiyyət qurmaq həkim etikasının əsas prinsiplərinə ziddir. Bir həkimin peşəkarlığı və məsuliyyəti yalnız onun müayinə və ya cərrahi əməliyyat bacarığı ilə bitmir. Həkimlik, eyni zamanda etik prinsiplərə sadiqlik, pasiyentin ləyaqətinə hörmət və onun şəxsi tibbi məlumatlarının qorunması məsuliyyətidir".
İ.Qasımlı sonda Səhiyyə Nazirliyinin Etik Komissiyasının olub-olmadığını bilmədiyini qeyd edib və belə bir qurum varsa, bu cür paylaşımların hüquqi və etik tələblər baxımdan qiymətləndirilməsinin vacibliyini vurğulayıb:
"Xəstələr müayinədən sonra həkimin sosial media hesablarında müzakirə obyekti və ya "məzələnmə" materialı olacağını düşünməməlidir".
Həkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım - FOTOHəkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım - FOTO

İdman       Tarix: 26 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabir Zeynalov dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb. KONKRET.azxəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübariz

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. KONKRET.azxəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. 1/4 final. Niderland – Portuqaliya. Belçika – Almaniya. Norveç – İngiltərə. İspaniya – Fransa

Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. KONKRET. -a istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsind

"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. xəbər verir ki, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçis

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

Lukaku millidəki karyerasını başa vurdu

"Fənərbağça" klubunun futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, milli komandada keçirdiy


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler