Həkimdən koronavirusla bağlı PROQNOZ
Koronavirus infeksiyasının yayılması səbəbi ilə İsveçdə yaşlı insanlar arasında ölüm faizinin yüksəlməsi nəticəsində uzunömürlülərin sayı kəskin azalacaq.
Milli.Az xəbər verir ki, bu proqnozu isveç həkim Yngve Qustafson söyləyib.
"Önümüzdəki həftələrdə qorxunc rəqəmlər görəcəyik. İsveçdə qocalar evləri infeksiyalar üçün təhlükəli hal alıb. Stokholmda COVID19-dan ölənlərin demək olar ki, 40% -i belə müəssisələrdə yaşayırdı və yaşları 70 yaşdan yuxarı idi. Eyni zamanda koronavirus qonşu ölkələr, məsələn, Norveçlə müqayisədə İsveçdə daha aktiv şəkildə yayılır" , - deyə həkim açıqlamasında qeyd edib.
Qustafson bunun bir neçə səbəbinin olduğunu düşünür. Norveçdə xəstəxanalar qocalar evlərindən məsuliyyət daşıyır və müalicəvi xidmətlər üstünlük təşkil edir. Amma İsveçdə bu cür müəssisələrdə işləmək üçün xüsusi tibbi bilik tələb olunmur.
"Yaxşı qoruyucu vasitələr olmadığından gigiyenanı təmin etmək çox çətindir və yaşlı insanlar xəstəxanalara göndərilmir" , - deyə həkim əlavə edib.
Onun sözlərinə görə, səhiyyə xidmətinin əməkdaşları insanları səhv "sıralayır": xəstələri yaşamaq şanslarına görə ayırırlar, odur ki, yaşlı xəstələr xəstəxanaya yerləşdirilmir, evdə və ya qocalar evlərində müalicə olunur.
Qustafson koronavirusa yoluxmuş yaşlı insanların xəstəxanalara aparılacağı təqdirdə çox sayda ölümün qarşısını alına biləcəyini söyləyib. (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ