Həkimdən qorxulu ÇAĞIRIŞ: Bu xəstəlik ağciyərlərə yayılır

Həkimdən qorxulu ÇAĞIRIŞ: Bu xəstəlik ağciyərlərə yayılırQrip virusu demək olar ki, hər mövsümdə özünü göstərir. Lakin qış aylarında havanın soyuq olması xəstəliyin daha da ağır keçməsinə səbəb olur. Ağır keçən qrip valideynlərdə bəzən çaşqınlıq yaradır. Belə ki, bəzən uşaqlarda qrip deyil sətəlcəm olur. Valideynlər isə bunu bilmədiyindən uşaqları vaxtında həkimə aparmırlar və nəticədə ağır fəsadlar yaranır.
Bəs sözügedən xəstəlikləri necə ayırd etmək mümkündür?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov bildirib ki, qrip viruslarına qarşı vaxtında tədbirlər görülməsə daha ağır nəticələri ola bilər:
"Kəskin respirator virus infeksiyalarının törədicisi olan viruslar, eyni zamanda sətəlcəm də törədə bilər. Belə ki, yuxarı tənəffüs yollarında baş verən proses müalicə olunmazsa və ya profilaktikası vaxtında aparılmazsa, aşağı tənəffüs yollarına və ağciyərlərə keçərək sətəlcəm törədə bilər. Həm də kəskin respirator virus infeksiyaları zamanı orqanizmin immuniteti zəiflədiyi üçün bakterial infeksiya da qoşula bilər. Bu da sətəlcəmə gətirib çıxarar".
R. Bayramovun sözlərinə görə, sətəlcəmin əlamətləri bunlardır:
"Kəskin respirator virus infeksiyaları daha çox yuxarı tənəffüs yollarının iltihabı ilə müşahidə edilir. Məsələn, asqırmaq, burun tutulması, burun axması, baş ağrıları, boğaz qıcıqlanması, ümumi halsızlıq və s. Eyni zamanda ilk vaxtlarda quru, sonra isə bəlğəmli öskürəklə müşahidə edilir. Pnevmoniya zamanı isə əlamətlər daha ağır olur. Çünki bu zaman artıq ağciyər toxuması da prosesə cəlb olunur. Pnevmoniyanı törədən səbəbdən asılı olaraq əlamətləri fərqli olur. Ümumiyyətlə, daha çox öskürək, hərarətin yüksəlməsi, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, tənginəfəslik və s. baş verir".
Həkimdən oxuculara məsləhət
Həkim bildirib ki, çox vaxt kəskin respirator virus infeksiyaları zamanı həkimə vaxtında müraciət edilmir, bu da sətəlcəmin və digər ağırlaşmaların yaranmasına səbəb olur: "Artıq müayinə olunanda ağciyərlərin də prosesə cəlb olunduğunu, xəstəliyin ağciyərlərə də yayıldığını müşahidə edirik. Buna görə qrip viruslarının vaxtında qarşısı alınmalı, profilaktik tədbirlər görülməlidir. Qripin sağalma prosesi uzanarsa, həkimə müraciət etmək lazımdır".
Milli.Az  /news.milli.az

Sağlamlıq       Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta