Həkimlər Çində epidemiyaya səbəb olan naməlum virusu tapıb
Həkimlər Çində virus pnevmoniyasının başlanmasına səbəb olan yeni növ koronavirusu təyin edib. Həkimlər virusun insandan insana ötürülməsində aşkar bir əlamət tapmayıb. Güman olunduğu kimi, xəstə, heyvanlarla təmasda, eyni zamanda dəniz məhsullarından istifadə nəticəsində yoluxa bilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir müddət öncə, Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəm növünün aktiv şəkildə yayılması haqda məlumat verilib. Dekabr ayında 27 yoluxma hadisəsi qeydə alınıb. Yanvarın 5-i, 59 nəfər xəstəliyə yoluxmuş şəxs tibbi yardım xidmətinə müraciət edib. Ölüm barədə məlumat verilmir. Agentlikdən verilən məlumata görə, Çində, bir neçə dəfə qeyri-adi klinik xüsusiyyətə malik olan pnevmoniya növü müşahidə edilib. Xüsusilə, 2002-2003-cü illər epidemiyası zamanı, xəstəliyə tutulmuş 5 min nəfərdən 350 nəfər ölmüşdür. Ümumiyyətlə, dünyada o illərdə demək olar ki, 8,5 min insan xəstələnərək, 900-dən çox insan ölüb.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ