Həkimlər koronavirusun müalicəsində bu dərmandan İMTİNA ETDİ

Həkimlər koronavirusun müalicəsində bu dərmandan İMTİNA ETDİİsveç ABŞ və Rusiyanın koronavirus testlərini rədd edib: əks təsirləri səbəbilə xəstəxanalar antimalarial dərman - xlorokinin istifadəsini dayandırıb.
Milli.Az xəbər verir ki, qərar bir neçə xəstənin əzələ ağrısı, görmə qabiliyyətinin zəifləməsi və miqren şikayətlərindən sonra qəbul edilib. Qeyd olunur ki, bəzi insanlarda xlorokin tabletləri qəbul etmək ürək problemlərinə və hətta infarkta səbəb ola bilər.
Avropa, ABŞ və Çin həkimləri dərmanı ağır xəstələrdə sınaqdan keçirmək üçün lisenziya alıb, lakin Böyük Britaniya klinik sınaqlar başa çatana qədər xlorokin istifadə etməməyə çağırıb. London İmperial Kollecinin anesteziya və reanimasiya şöbəsinin müdiri, professor Entoni Qordon dərmanın koronavirusun müalicəsində kömək etdiyinə dair hələ də inandırıcı dəlil olmadığını söyləyib.
Xatırladaq ki, antimalarial dərmanı COVID-19 ilə mübarizədə istifadə etmək barədə ilk qərar Çində aparılan araşdırmalardan sonra qəbul edilib.
Mart ayının əvvəlində "Banner Health" sağlamlıq təşkilatı xlorokin dərmanını yeni növ koronavirusun müalicəsi üçün ölümcül adlandırmışdı. "İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, amma istənilən dərman bu problemi həll etməyəcək" deyə ABŞ-ın Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks açıqlama yayıb.
Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib, 88 338 nəfər ölüb, 328 661 nəfər sağalıb. ABŞ yoluxmuş insanların sayına görə (429 mindən çox) birinci yerdədir, 14 mindən çox şəxs isə ölüb. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun en yeni xeberler sonxəbərlər en son xeberler bu gun