"HƏMAS-ın bu təklifini qəbul et!" - İsrail KİV-dən Netanyahuya
İsrail mətbuatı Qəzza zolağında əsir saxlanılan israillilərin azad edilməsi müqabilində İsrail həbsxanalarındakı bütün fələstinli məhbusların azadlığa buraxılmasına çağırıb.
KONKRET.azxəbər verir ki, "Haaretz" qəzeti İsrail həbsxanalarındakı fələstinli məhbuslar məsələsinə toxunaraq, girovların evlərinə qayıtması üçün lazım olan hər şeyin edilməsi lazım olduğunu vurğulayıb.
"Haaretz" qəzeti bugünkü məqaləsində İsrail həbsxanalarında olan fələstinli məhbuslarla bağlı məsələni müzakirə edib.
"İsrail bütün fələstinli təhlükəsizlik məhbuslarını dərhal azad etməli, izdihamlı meyitxanalardakı soyuducuları boşaltmalı və girovların evlərinə qaytarılması üçün lazım olan hər şeyi etməlidir. Dərhal, bu gün!".
KİV bu vəzifənin İsrailin, İsrail hökumətinin, baş nazirinin, parlamentinin, prezidentinin, mühafizəçilərinin və baş ravvininin çiyinlərinə düşdüyü və girovların evlərinə qaytarılması üçün mümkün olan hər şeyin edilməli olduğu bildirib.
"Hökumət izah etməlidir ki, girovları geri qaytarmaq onun ən mühüm məqsədidir. Dövlətin 229 nəfəri qurban vermək səlahiyyəti yoxdur, ona bu səlahiyyəti heç kim verməyəcək".
Oktyabrın 28-də HƏMAS-ın Qəzza rəhbəri Yəhya Sinvar verdiyi açıqlamada, İsrailin əsirlərinin azad edilməsi müqabilində həbsxanalardakı bütün fələstinli məhbusları azad etməsini nəzərdə tutan razılaşmaya hazır olduqlarını açıqlayıb.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ