Həqiqi azərbaycanlı belə nankor, düşüncəsiz hərəkətlərə yol verməz

Həqiqi azərbaycanlı belə nankor, düşüncəsiz hərəkətlərə yol verməzXəbər verdiyimiz kimi, İlham Əliyevin ABŞ-yə rəsmi səfəri çərçivəsində qaldığı hotelin qarşısında planlı və təxribat xarakterli insident baş verib. Bir qrup şəxs hotelə zorla daxil olmağa cəhd göstərərək əsassız iddialar səsləndirib. Lakin Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ hüquq-mühafizə orqanlarının operativ və peşəkar müdaxiləsi nəticəsində bu cəhdin qarşısı qətiyyətlə alınıb.
Sözügedən təxribat xarakterli aksiyaya dəstək gecikmədən xaricdəki anti-Azərbaycan dairələrindən gəlib. İlk reaksiyalardan biri erməni maraqlarını müdafiə edən ANCA tərəfindən verilib. Təşkilatın bu aksiyaya açıq dəstək nümayiş etdirməsi hadisənin təsadüfi deyil, koordinasiyalı və məqsədli kampaniyanın tərkib hissəsi olduğunu açıq şəkildə göstərir. 
Bunun ardınca uzun illər anti-Azərbaycan mövqeyi ilə tanınan ABŞ Konqresinin üzvü Frank Pallone də məsələ ilə bağlı açıqlama verərək aksiyanı müdafiə edən mövqe sərgiləyib. Onun bu addımı, müxtəlif vaxtlarda Azərbaycan əleyhinə çıxışları və erməni lobbi dairələri ilə yaxın əlaqələri fonunda, baş verənlərin arxasında hansı siyasi maraqların dayandığını nümayiş etdirir. 
Milli Məclisin deputatı Tahir Rzayev azxeber.com-a bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyada sülhün, əmin-amanlığın və insan haqlarının qorunması və təşviqi sahəsində oynadığı rol nəinki dövlət rəhbərləri, eləcə də siyasətçilər və geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hər bir ölkədə cənab İlham Əliyev böyük hörmət və ehtiramla qarşılanır. Bu, bizim üçün qürurvericidir. Çünki bu hörmət və ehtiram ölkə rəhbərimizin beynəlxalq aləmdə oynadığı mühüm rolundan, sülh, azadlıq və insan haqları uğrunda bəşəri ideyalara verdiyi töhfələrdən qaynaqlanır".
Parlamentari qeyd edib ki, belə təxribata əl atanlar azərbaycanlı ola bilməz:
"Bir qrup nankor tərəfindən ölkəmizə qarşı yönəldilən xoşagəlməz hallar ikrah hissi doğurur. Özlərini azərbaycanlı adlandıran bəzi şəxslər tərəfindən belə cəhdlərin edilməsi qəbuledilməzdir. Onlar azərbaycanlı ola bilməzlər. Belə davranış sərgiləyənlər Azərbaycan xalqının həqiqi mövqeyini təmsil etmir. Həqiqi azərbaycanlı olan heç bir şəxs öz rəhbərinin uğurlarına qarşı çıxmaz və belə nankor, düşüncəsiz hərəkətlərə yol verməz. Bu ünsürlər uzun müddətdir xarici ölkələrdə erməni diasporunun və Azərbaycana qarşı düşmən mövqedə olan qüvvələrin maddi dəstəyi ilə fəaliyyət göstərir. Onların təsiri altında ölkəmiz əleyhinə böhtan və yalan məlumatlar yaymaqla məşğuldurlar. Onların əsas məqsədi ölkənin imicinə zərbə vurmaq, Prezidentimizin fəaliyyətinə kölgə salmaq, Azərbaycan həqiqətlərini təhrif etməkdir. Eyni zamanda əsas məqsədləri ağalarından aldıqları maddi yardımlarla günlərini xoş keçirməkdir. Azərbaycanın inkişafı və xalqımızın rifahı onları heç vaxt maraqlandırmayıb və bu gün də maraqlandırmır".
Deputat deyib ki, dünyanın bir çox yerində böhranlar yaşandığı halda, Azərbaycanda siyasi sabitlikdir:
"Bu gün dünyanın bir çox ölkələrində müharibələr, qarşıdurmalar, iqtisadi və siyasi böhranlar yaşandığı halda, Azərbaycan sabitlik və inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə ictimai-siyasi sabitlik qorunur, inkişaf davam edir və mövcud problemlərin aradan qaldırılması üçün dövlət başçısı və aidiyyəti qurumlar tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Bu nankor qüvvələr isə dünyada baş verən bu mürəkkəb proseslər fonunda belə Azərbaycan həqiqətlərini təhrif etməyə, ölkəmizin inkişafına kölgə salmağa çalışırlar. Lakin Azərbaycan Prezidenti heç bir təzyiqdən, heç bir diktədən və heç bir təsirdən çəkinmir. Belə qərəzli və alçaq hərəkətlər nə ölkəmizin inkişafına, nə də dövlət başçısının fəaliyyətinə kölgə sala bilməz".
Şahanə Ziyad

Siyasi       Tarix: 21 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri