Hər gün bir ovuc yeyin
Maqnezium enerjini artırmaq və əzələ funksiyalarını dəstəkləmək üçün vacib bir mineraldır. Lakin maqnezium çatışmazlığı nəticəsində kramp və yorğunluq kimi əlamətlər yarana bilər. İstehlak edilən qidalar vasitəsilə maqnezium çatışmazlığının qarşısını almaq mümkündür.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, qida sayəsində maqnezium əksikliyinizi doldura bilərsiniz. Maqnezium qlükozanın əzələlərə daşınmasında rol oynayan bir mineraldır. Enerji artırır və əzələ funksiyalarını dəstəkləyir.
Maqnezium çatışmazlığı nəticəsində əllərdə və ayaqlarda uyuşma, zəiflik, iştahsızlıq, ürəkbulanma və saç tökülməsi baş verə bilər.
28 qram ağırlığında olan balqabaq toxumu gün ərzində lazım olan maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir. Ondan çox yox, cəmi bir ovuc yeməlisiniz. Balqabaq toxumlarında dəmir, mis, fosfor, manqan və sink var.
Balqabaq toxumlarında olan maqnezium, sink və selenium; infeksiyanın yaranmasının qarşısını alır. Oynaq xəstəliklərinin qarşısının alınmasında da təsirlidir.
Xidmetler [newsid: 0-123300]

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım