Hər kəs erməni faşizminin mahiyyətini görüb' - Şevçenko

Hər kəs erməni faşizminin mahiyyətini görüb' - Şevçenko"Bu yaxınlarda mən yeni çəkilmiş gözəl yol ilə Şuşaya getdim, orada oldum. Şuşa səfərində mən əsl möcüzələrlə rastlaşdım. Həmin möcüzələrin yaradılmasında Azərbaycan xalqının ruhunu bir daha duydum. Azad edilmiş Azərbaycan ərazilərində həmin yaradıcılıq ruhu və ölkənin iqtisadi gücü heyrət doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi ilə görülən bu işlər xalqınız və ölkənizin perspektivlərinin göstəricisi kimi də diqqəti cəlb edir".
Azxeber.com xəbər verir ki, bu fikirləri məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Heydər Əliyev Mərkəzində keçirdiyi görüşdə söyləyib.
Rusiyalı jurnalist Şuşa təəssüratını ifadə edərək deyib: "Azərbaycan xalqı bu ölkədə yaşayan digər millətlərlə əsl birlik nümunəsi göstərən bir xalqdır. Azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, udinlər, ruslar, yəhudilər, ukraynalılar və digər xalqların bu unikal birliyi sizin ölkənizi daha cəlbedici və qüdrətli göstərir. Son bir ildə İlham Heydər oğlu böyük alicənablıq göstərərək Azərbaycan vətəndaşı olan, başqalarının iradəsi hesabına hazırkı situasiyaya düşən ermənilərə də o birliyə qoşulmaq üçün dəfələrlə çağırışlar edib. Bu çağırış Azərbaycan xalqının ürəyinin genişliyini dünya qarşısında bir daha nümayiş etdirir. Bu, Azərbaycan xalqının intellektual və zadəgan mahiyyətinin göstəricisidir".
O deyib ki, azərbaycanlıların sivilizasiyasını Bakının küçələrində əyani görmək mümkündür: "Təsadüfən həmsöhbət olduğum insanların erudisiyasına heyrətlənməyə bilmirsən. Siz öz ədəbiyyatınızla yanaşı, rus ədəbiyyatına, dünya ədəbiyyatına bələdsiniz, üstəlik genetik yaddaşınız azərbaycanlı mədəniyyətini zənginləşdirir".
Rusiyalı siyasətçi 2020-ci il sentyabrın 27-də başlayan müharibəni xatırladaraq onunla bağlı bir epizoddan danışıb: "Bu, keçənilki hadisələrin, Ermənistanla Azərbaycan arasında 44 gün çəkən müharibənin yenicə bitdiyi vaxtlarda olub. Yanacaqdoldurma məntəqəsində idim və bu məqamda bir erməni gəncinin mənə tərəf gəldiyini gördüm. Düşündüm ki, indi o, mənə hədyanlar yağdıracaq, amma belə olmadı. O, əksinə, mənə yaxınlaşıb dedi: "Mən hazırkı mövqeyinizə görə sizə təşəkkür etmək istərdim". Niyə? - dedim, ermənilər elə hesab edirlər ki, mən azərbaycanlıların tərəfini tuturam. O isə cavabında heç də böyük əksəriyyətin o cür fikirləşmədiyini bildirdi: "Yox, sizin mövqeyiniz düzgündür, biz, ermənilər də istəyirik ki, Avropadakı xalqlar kimi birgəyaşayış prinsipləri ilə sülh, əmin-amanlıq şəraitində yaşayaq, bir-birimizi öldürməyək". Bu fikirlərin təsdiqi olaraq rusiyalı siyasətçi müharibədəki məğlubiyyətdən sonra Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini misal çəkdi: "Əgər Ermənistanda əksəriyyət belə fikirləşməsəydi, Nikol Paşinyanın partiyasına səs verməzdi".
Almanlar Moskva ətrafına gəlib çıxmışdılar, lakin sovet xalqının iradəsini qıra bilmədilər, - deyən Maksim Şevçenko bunu belə izah edib: "Ona görə ki, onlar alman xalqı ilə deyil, nasizm ilə döyüşürdülər. Bu, mənim birmənalı fikrimdir ki, Ermənistanla müharibədə də azərbaycanlıların qələbəsini şərtləndirən başlıca amil Azərbaycan xalqının ermənilərlə deyil, erməni faşizmi ilə döyüşdüyünə əminliyi idi. Yeri gəlmişkən, bu həqiqəti sizin Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə vurğulayıb".
Rusiyalı jurnalist qeyd edib ki, işğal olunmuş ərazilərin azad edilməsindən sonra orada olan hər kəs erməni faşizminin mahiyyətini görüb. Xarabalıqlara çevrilmiş kənd və şəhərlərdə nə vaxtsa insan yaşadığını təsəvvür etmək belə çətindir: "Evlərin dağıdılması, təbiətin ağciyərləri olan yaşıllıqlara tutulan divan, hətta ağacların kökündən çıxarılması faşizmin göstəricisidir. Bunu, XX əsrdə o xalqın adından törədiblər ki, həmin xalq bu gün də genosidə məruz qaldığını iddia edir".
Ermənilər arasında hazırkı tendensiyadan bəhs edən Maksim Şevçenko deyib: "Onlar 3 min və yaxud 5 min il əvvəl erməni çarı olmuş Tiqran barədə, erməni xalqının dövlətçiliyi barədə danışmağı sevirlər. Amma bugünkü reallıq başqa söz deyir".

Siyasi       Tarix: 26 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər xeber.az 2026 en son xeberler bu gun bugünki xəbərlər