Hər kəsi özünə düşmən elan edən İranın bir dostu var, o da Ermənistandır

"Azərbaycan əsl dostunun da, qardaşının da kim olduğunu Vətən müharibəsi zamanı yaxşı gördü. Bir də bizə üzdə bir cür davranıb, arxada başqa cür hərəkət edən bir dövlət var idi ki, o da regiondan heç uzaqda olmayan İran dövləti idi. İşğal dövründə də, ondan sonra da cəmi 25 min adam yaşayan bölgəyə çoxsaylı İran tırlarının getməsi elə də həyati əhəmiyyətli məsələ olmasa da Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edilərək İran tırları Qarabağ bölgəsinə qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə yanacaq daşıyır".
Bu sözləri Azxeber.com-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O deyib ki, İranın Ermənistan sevdası hər kəsə məlumdur və dostunun məğlubiyyətindəb çox narahatdır: 
"Dəfələrlə Azərbaycanın bu məsələ ilə bağlı narahatlığını İran qulaq ardına vururdu. Əksinə, İran tərəfi erməni sevdasını daha da qabardırdı. Ermənistanın İran sevdası keçən əsrdən məlumdur. Erməni rəsmi şəxsləri, elə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan deyirdi. "İran bizim üçün nəfəslik rolunu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər". Sonradan bu fikirləri fərqli formada cinayətkar, Xocalı soyqırımını törədən, əli günahsız körpələrin, qadınların, yaşlı insanların qanına batmış Koçaryan da ifadə edirdi. Hətta Ermənistanın xarici işlər nazirinin İrana son səfəri zamanı Ermənistanın İranı, İranın da Ermənistanı bir-birinə yaxın dövlət hesab etməsi, iki dövlətin yaxın münasibətləri haqqında açıq bəyanatlar səsləndirildi.
İranın sərhəddə təlimlər keçirməsinə gəldikdə isə niyə İran ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə yerləşdiyi zaman deyil, 30 ildən sonra işğala son qoyulduqdan sonra təlimlər keçirir, hələ öz texnikasını da vurub partladır, sonra da dünya tərəfindən sosial şəbəkələrdə məsxərəyə qoyulur. Məsxərəyə qoyulan tək İran ordusu deyil, həm də onların əyalət mollalarıdır. Bu qüvvələr hansısa amillərdən istifadə etməklə Azərbaycanda bölücülük salmaq istəyirlərsə yanılırlar. Xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Bu günə qədər heç bir ölkəyə öz daxili işlərimizə qarışmağa imkan verməmişik. Bundan sonra da buna cəhd edənlər öz layiqli cavablarını alacaqlar. Odur ki, İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında mütləq qaydada bu reallıqları nəzərə almalıdırlar.
Hər kəsi özünə düşmən elan edən İranın bir dostu var, o da ErmənistandırPolitoloq deyib ki, İran məscidlərin dağılmasına səssiz qalan bir ölkədir: 
"Məscidlərimiz dağıdılanda, İslam dünyası təhqir olunanda İran səsini çıxarmadı. hətta nüfuzu bir milyon belə olmayan Cibuti kimi bir ölkə Ermənistanla diplomatik əlaqələr qurmadı, Səudiyyə Ərəbistanı Azərbaycana dəstək verdi, Türkiyə və Pakistanın mövqeyi də bütün dünyaya aydındır.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirdiyi kimi "Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik".
Azərbaycan heç bir zaman öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Azərbaycan bununla əlaqədar olaraq ən yüksək səviyyədə mövqe səsləndirib. İllər ərzində İran Ermənistana təzyiq etmədi, əksinə daha da yaxınlaşdı, qanunsuz əməllərinə ortaq oldu. İşğal dövründə Ermənistanla iqtisadi layihələr həyata keçirən İran hər il Ermənistanla biznes forumlar keçirir. Ümumiyyətlə Azərbaycan hansı layihəni reallaşdırırsa İran da dərhal Ermənistanla birləşib o layihələrə alternativ layihələr tapmağa çalışır, lakin böyük bir qismi baş tutmur. Təbii ki, bunun da bir neçə səbəbi var. Birincisi, İran özünü hamıya bağlı elan edib. Qərbə, Şərq, islam ölkələrinə, xristian ölkələrinə düşmən kimi yanaşır. Özünə bir dost saydığı ölkə var, o da Azərbaycan tərəfindən rəzil şəkildə məğlub edilən Ermənistan.
İranın erməni sevdası onun gözünü o qədər örtüb ki, Ermənistan kimi siyasətini işğal, terror üzərinə quran, müstəqil qərar qəbuletmə, xarici siyasət yürütmə iqtidarında olmayan, verdiyi sözün, atdığı imzanın üzərində durabilməyən ölkə ilə təşəbbüs göstərilən layihələr də elə Ermənistanın özü kimi məğlubiyyət, faciə ilə yekunlaşacaq".
Günel Hüseynli

Siyasi       Tarix: 05 oktyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son.xeber son.xabar krimnal xeber