Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günümünasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbirkeçirilib.
azxeber.com xəbər verir ki, "Hər şey mümkündür" sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlaryaşanıb.
Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətəinteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsindiqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar "Dance Ability" metodologiyası əsasındahazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsinistisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdəhəmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin dəqoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüşdolu anlarla yadda qalıb.
Qeyd edək ki, "Hər şey mümkündür" layihəsi ilk dəfə 2021-ciildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata keçirdiyi "Ürəklərləianə et" aksiyası çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlarüçün həyata keçirilib. "Hər şey mümkündür" layihəsi hər bir fərdin potensialınıüzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədidaşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlərtəşkil olunur.
Ətraflı məlumatüçün link:
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə"Kapital Bank" ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətəbaşlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətininformalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacibmövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədiyardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstəkolmaq üçün saytına daxil olmaq kifayətdir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır