"Hər şey mümkündür": İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
Qırmızı Ürəklər Fondu 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə "Hər şey mümkündür" layihəsi çərçivəsində xüsusi təşəbbüs həyata keçirib.
azxeber.com xəbər verir ki, layihə çərçivəsində "Kaşalata" kafedə daun sindromlu şəxslərin və tanınmış blogerlərin iştirakı ilə keramika üzərində rəsm sənəti üzrə master-klass təşkil olunub.
Tədbir Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladovun açılış nitqi ilə başlayıb. O, çıxışında inklüziv cəmiyyətin qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, fondun əsas məqsədlərindən biri də cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir. O, həmçinin bildirib ki, fərqliliklər insanları ayıran deyil, əksinə, cəmiyyəti daha zəngin və daha güclü edən dəyərlərdir.
Daha sonra iştirakçılar keramika üzərində rəsm işləmə bacarıqlarını sınayaraq özlərini ifadə etmək imkanı qazanıblar. Tədbirdə Fatma Kazımova, Fidan Nur, Aysel Nəsirova, Günay Cavadzadə, Tünzalə Şalbuzova, Səbinə Rüstəmli kimi blogerlər də könüllü iştiark edərək, inklüzivliyin təşviqi, fərqliliklərə həssas yanaşma və daun sindromlu şəxslərin potensialının daha geniş auditoriyaya çatdırılmasına dəstək olublar. Qeyd edək ki, iştirakçılar tərəfindən hazırlanan əl işləri 21 mart tarixində sözügedən blogerlərin sosial media hesablarında paylaşılacaq. İzləyicilər arasında ən yüksək ianəni təqdim edən şəxs həmin əl işlərinə sahib olacaq.
Qeyd edək ki, "Hər şey mümkündür" layihəsi 5 il əvvəl Qırmızı Ürəklər Fondu və Kapital Bankın birgə təşəbbüsü ilə Birbank mobil tətbiqi üzərindən həyata keçirilən ianə aksiyası zamanı toplanmış vəsaitlər hesabına reallaşdırılıb. Layihə çərçivəsində daun sindromlu şəxslərin bacarıqlarının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilir.
Layihənin əsas məqsədi daun sindromlu şəxslərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək, sosial və psixoloji inkişaflarına töhfə vermək və onların ailələrinə dəstək göstərməkdir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb