Hərbi ekspert: "Fransa Ermənistanı daha ciddi silahlarla təmin etməyə başlayacaq"
"Fransa Ermənistanı daha ciddi silahlarla təchiz etməyə başlayacaq".
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Leonid Nersisyan deyib.
O bildirib ki, bu, iki ölkə arasında imzalanan memorandumda nəzərdə tutulduğu kimi, Fransa Ermənistanın hava hücumundan müdafiə vəziyyətini öyrəndikdən sonra baş verə bilər.
Lakin Nersisyanın qiymətləndirməsinə görə, Fransadan alınan silahların Ermənistanın müdafiə qabiliyyətində strateji dəyişiklik yarada biləcəyini söyləmək hələ tezdir.
"Bastion zirehli maşınları yaxşı alışdır, lakin onların sayı azdır. Radarlara gəlincə, bu, ciddi sistemdir və hətta bir neçə vahid rol oynaya bilər. Təchizatı memorandumda qeyd olunan "Mistral" hava hücumundan müdafiə sistemlərinə gəlincə, onlar təhvil verilsə, Ermənistan ordusunun döyüş effektivliyini artıracaq, lakin strateji dəyişikliklər gətirməyəcək", – Nersisyan qeyd edib.
O bildirib ki, Hindistan silahlarına gəlincə, bu, strateji əhəmiyyət kəsb edən alışlardır, çünki söhbət 1 milyard dollarlıq paketdən gedir:
"Hindistan mətbuatında dərc olunan məlumatlara əsasən, bu məbləğ praktiki olaraq 2020-ci il üçün artilleriya itkilərini ödəyəcək", – Nersisyan vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda