Həyasızlığı səmimiyyət kimi qələmə verməyin' - Brilliant Dadaşova
"35 ildir ki, mən və həyat yoldaşım Ədalət bəy bu sənət üçün qurbanlar veririk. Elə də davam edir".
azxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Danışır musiqi" verilişində deyib.
Sənətçi ictimai-sosial verilişlərdə sıravi vətəndaşların dava etmələrinə qarşı çıxaraq, etiraz edib:
"Təəssüflər olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilib. Biz demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratiya hərcimərclik, özbaşınalıq deyil. Demokratiya o demək deyil ki, istədiyini danışarsan və 2-3 nəfər sənin ətrafın maddi tərəfdən ödədiyin kimlərsə sənin həyasızlığını səmimiyyət kimi qələmə verərlər. Amma gənclər böyüyür. Onlar isə öz ailəsindən tərbiyə alıb, ibrət götürməlidir. Amma televiziya xalqın güzgüsüdür. Xarici ölkəyə gedəndə mən birinci televiziyaya açıb baxıram ki, bunlar kimdir, nədir. Təsəvvür edin ki, bizim televiziyanı açan bir qonaq görür ki, oradan qışqırıq səsləri, bir-birini təhqir etmələri, qadınlar, kişilər yığışır ora... İnsan dili anlamasa da, o bir-birinə olan qışqırığı görəndə.Demokratiyanın qayda-qanunları var. Demokratiya bu o demək deyil ki, cızığını aşmalısan".
Aysel
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Qızıl və gümüş bahalaşdı
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ