Həyat yoldaşının başını kəsən şəxs: 'Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm

Həyat yoldaşının başını kəsən şəxs: 'Ayşəni narkotik qəbul etdiyi üçün öldürdümBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
azxeber.com Trend-ə istinadla xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Məmməd Mirizadə deyib ki, qətlə yetirilən şəxsin anasının iş yoldaşı olub.
"Ayşən küçədə gedirdi. Mən ona yaxınlaşanda Əsgər gəlib məni vurub qaçdı".
Təqsirləndirilən şəxs Əsgər Musayev isə şahidin yalan danışdığını bildirib. O qeyd edib ki, narkotik istifadəçisi olan Ayşənin Məmməd Mirizadə ilə sevgi münasibəti olub: "Mən yoldaşımı evə aparırdım. Məmməd qarşıma çıxdı. Şübhələndim. Yoldaşımı yarı yolda sürüb qayıtdım. Başqa yolla gedib onu izləyəndə gördüm ki, Məmməd Ayşənə yaxınlaşdı, başladı onu döyməyə. Mən onlara yaxınlaşıb Məmmədi vurdum. Məmməd zəng vurub dostlarını çağıranda mən qaçdım. Ayşəni narkotik qəbul etməyi Məmməd öyrətmişdi. Qətlə yetirməyimin də səbəbi bu olub".
Digər şahid, təqsirləndirilən şəxs, Əsgər Musayevin atası Mansur Musayev bildirib ki, oğlu 5 il ailəli olub.
"Əvvəl 2 il yaxşı yaşayıblar. 2 ildən sonra qayınanasının təkidi ilə bizim yanımızdan köçdülər. Bir müddət aralarında problem yarandı. Ondan sonra ailədə problemlər daha da artdı. Eşitdim ki, Ayşən başqa kişilərlə görüşür. Bunu oğluma demək istəmirdim. Bir dəfə qızı bir oğlanla gördüm. Sonradan eşitdim ki, narkotik istifadəçisidir. Bir dəfə Ayşənə dedim ki, sənin haqqında məlumatlar var, özüm də oğlanla görmüşəm. Ona dedim ki, ya bu yoldan çəkil, ya da ayrılın. Ayşən məni və oğlumu hədələyirdi. Mənə dedi ki, mənimlə bağlı maraqlanmayıb, mən öz həyatımı yaşayıram. Hadisədən 6 ay əvvəl bunu oğluma dedim".
Ə.Musayevin anası Məhbubə Musayeva isə deyib ki, qətl hadisəsi baş verəndə işdə olub: "Əsgər mənə zəng vurdu ki, iş yerinə gəlirəm. Gəldi götürdü və dedi ki, Ayşəni öldürmüşəm. Sonra gedib təslim oldu".
İttihama görə, ötən il noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sosial       Tarix: 21 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri