Heydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü ilin yekunlarını açıqlayıb - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü ilin yekunlarını açıqlayıb - FOTOHeydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü ilin yekunlarını açıqlayıb - FOTO
Bakı hava limanı 2023-cü ili innovasiyalar, infrastrukturun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm nailiyyətlərlə uğurla başa vurur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən verilən məlumata görə, 30 dekabr 2023-cü il tarixinə olan məlumata əsasən, aeroport tərəfindən xidmət göstərilən sərnişinlərin sayı rekord həddə çataraq 5,7 milyon nəfərdən çox olub.
Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards 2023" mükafatının "Mərkəzi Asiya/MDB-də ən yaxşı regional hava limanı" və ardıcıl ikinci dəfə "Mərkəzi Asiya və MDB məkanında ən yaxşı hava limanı işçisi" nominasiyaları üzrə qalibi olub.
Marşrut şəbəkəsinin genişləndirilməsi: Sərnişinlərə "China Southern", "AirBaltic", "Flyadeal", "Air Cairo" və "Iraqi Airways" kimi aviaşirkətlər ilə yenilənmiş tərəfdaşlıqlar, həmçinin "WizzAir", "Wizz Air Abu Dhabi" və LOT ilə artan tezliklər daxil olmaqla, yeni və unikal istiqamətlər təklif edilib. Bakı hava limanına uçuşlar həyata keçirən aviadaşıyıcıların sırasına "WizzAir Malta", "IndiGo", "Georgian Wings" və "Aegean Airlines" əlavə olunub. Beləliklə, hava limanından 38 aviaşirkət vasitəsilə dünyanın 68 şəhərə səyahət etmək mümkündür. 
Sərnişin təcrübəsinin təkmilləşdirilməsi: Bakı hava limanında xidmət keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə 2023-cü il ərzində sərnişinlərə bir sıra yeniliklər təqdim edilib. Belə ki, ziyarətçilər artıq nəqliyyat vasitələrinin sürətli keçidini təmin edən innovativ xidmətdən və parklanma üçün müxtəlif ödəniş üsullarından istifadə edə bilir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi "drop off"/"pick up" zolaqları onların ixtiyarındadır. Bununla yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə "Airport Express" ictimai nəqliyyatı saat 01:00-a qədər 30 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərir.
O cümlədən, yaxın günlərdə uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən, hava limanında növbələri azaldan və təhlükəsizliyi gücləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) təqdim edilib.
Qeyd edək ki, Bakı hava limanı sərnişinlərə yüksək səviyyəli xidmət və rahatlıq təklif etməklə regionun aparıcı aviasiya qovşağı kimi nüfuzunu möhkəmləndirməkdə davam edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2023-cü ilin yekunlarını açıqlayıb - FOTO/ oxu.az

Turizm       Tarix: 30 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər zelzele son.xeberler sosial yardim