Heydər Əliyev Beynəlxalq Aeroportu "TAV Technologies" şirkəti ilə əməkdaşlıq edir - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu Heydər Əliyev Beynəlxalq Aeroportu "TAV Technologies" şirkəti ilə əməkdaşlıq edir - FOTO
"TAV Technologies" şirkəti Azərbaycanda Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyənin "TAV Technologies" şirkəti ilə hava limanında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalayıb. Bundan əlavə, "TAV Technologies" şirkətinin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması prosesləri tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq.
"Bu layihə bizim Azərbaycanda ilk iş təcrübəmizdir ki, bu da onu şirkətimiz üçün mühüm mərhələyə çevirir. Hesab edirəm ki, qabaqcıl sistemlərimizin tətbiqi Heydər Əliyev Beynəlxalq Aeroportunun rəqəmsallaşmasına, əməliyyat səmərəliliyinin və sərnişin məmnuniyyətinin artırılmasına töhfə verəcək", - deyə "TAV Technologies" şirkətinin baş direktoru M.Kerem Öztürk tərəfdaşlıqdan böyük məmnunluğunu ifadə edib.
"Heydər Əliyev Beynəlxalq Aeroportu ilə "TAV Technologies" arasında əməkdaşlıq sərnişinlərə göstərilən xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların istifadəsində yeni perspektivlər açır. Bu əməkdaşlıq, həmçinin hava limanının təhlükəsizliyini yaxşılaşdıracaq və sərnişinlərə səmərəli xidmət göstərəcək yeni təhlükəsizlik sistemlərinin tətbiqini təşviq edəcək", - deyə "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti Samir Rzayev vurğulayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün baza hava limanıdır. Bakı aeroportu dəfələrlə regionun ən yaxşı hava limanı kimi tanınıb. Bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu beynəlxalq "Skytrax World Airport Awards" agentliyinin qiymətləndirilməsinə görə Mərkəzi Asiya/MDB ölkələrində ən yaxşı hava limanı statusunu bir daha təsdiq edib. Aeroport, həmçinin ardıcıl olaraq ikinci dəfə "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti" nominasiyasında qalib olub.
Hava limanları üçün qabaqcıl texnoloji həllərin aparıcı təchizatçısı olan "TAV Technologies" tərəfindən hazırlanmış slot koordinasiya və idarəetmə sistemi (SCMS) və səyahət sənədlərinin avtorizasiyası sistemi (TDAS) artıq mükəmməl olan aviaşirkət və hava limanı xidmətlərinə töhfə verəcək. TDAS sistemi qərar qəbul etməyi asanlaşdıran və hava limanının gələcək sərnişin axınını proqnozlaşdırmasına kömək edən hərtərəfli statistika təqdim edir.
"TAV Airports Holding"in törəmə şirkəti olan "TAV Technologies" Türkiyənin əsas hava limanı operatoru və dünyada texnologiya sahəsində aviasiya xidmətləri və həllərini inkişaf etdirən və tətbiq edən aparıcı brenddir.
Yenilikçi texnologiya tərəfdaşı və əsas sistem inteqratoru kimi "TAV Technologies" şirkəti Tədqiqat və İnkişaf Mərkəzində və İnnovasiya Mərkəzində işlənib hazırlanmış tam texnologiya idarəetməsi və inteqrasiya olunmuş "premium" sinif həllər təqdim edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu / oxu.az

Turizm       Tarix: 26 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar sonxeberler son xeber.az xeberler azerbaycan