Heydər Əliyev Beynəlxalq Aeroportu yanvar ayında rekord sayda sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportu yanvar ayında rekord sayda sərnişinə xidmət göstərib
Bu ilin ilk ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu 360 min sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illərin yanvar ayı üzrə rekord göstəricidir.
Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin əvvəlindən ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 420 min nəfərdən çox təşkil edib.
Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və "Buta Airways" müvafiq olaraq 132 min və 47 min sərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 37% təşkil edib.
2023-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 27 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin "Turkish Airlines", "Aeroflot", "Utair", "Azimuth" və "flyDubai" aviaşirkətləri ilə daşınıb.
Yanvar ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Mineralnıye Vodı, Ciddə, Şarja və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 221 min sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu