Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsində yeni səhifə açıb

Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsində yeni səhifə açıbSon illər Azərbaycanda təhsilin inkişafı xüsusi mərhələyə qədəm qoyub. Göstəricilərə nəzər salsaq görərik ki, son illərdə yeni və ən müasir məktəblərin tikilib istifadəyə verilməsi, bəzi məktəblərin yenidən təmir olunaraq müasir avadanlıqlarla təmin olunması artıq ənənə halını alıb. Təhsil sahəsində görülən işlər bu sahəsin inişafına xüsusi təkan verib. 
Dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun təhsil sahəsinə xüsusi qayğısı nəticəsində istər Bakıda, istərsə də bölgələrdə təhsil alanların işləri xeyli rahatlaşıb, uşaq və gənclərin təhsil sahəsinə marağını daha da artıb.
Heydər Əliyev Fondunun bu sahədə keçirdiyi irimiqyaslı layihələr son illərdə xüsusi diqqət çəkir. Elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. 
Fondun ən uğurlu layihələrindən biri də yeni məktəb binalarının tikintisidir ki, bu da artıq geniş vüsət alıb. 
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı 2005-ci ildən bəri həyata keçirilir. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.
Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsində yeni səhifə açıbMilli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında Fondun təhsil sahəsində gördüyü işlərdən danışıb.
O, qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətlər göstərib:
"Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətlər göstərib. Mədəni irsimizin bərpa olunmasında, mədəni-mənəvi irsimizin dünyaya tanıdılmasında böyük işlər görüb. Fond eyni zamanda sosial müdafiəsi zəif olan insanlarımızla xüsusi işlərin aparılması ənənəsini yaradıb. Bütövlükdə cəmiyyətin həssas təbəqəsinə qarşı diqqətli olub. Amma şübhəsiz ki, bunlarınn içərisində millətimizin gələcəyi baxımından, intellektual resurslarımızın zənginləşdirilməsi baxımından təhsil ən strateji bir sahədir. Ona görə də, yeniləşən Azərbaycanda yeni məktəb layihəsi də daxil olmaqla təhsilimizin inkişafı və müasir tələblərə cavab verməsi istiqamətində çox böyük layihələr həyata keçirilib. Bu ənənələr bu gün də davam edir". 
Deputat həmçinin əlavə edib ki, Fondunun Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi fəaliyyət xalqın gələcəyi baxımından çox əhəmiyyət daşıyır:
"Hazırki tarixi mərhələdə xalqların milli gücünü təyin edən əsas faktorlardan biri onun təhsil göstəriciləri, təhsilinin inkişaf səviyyəsidir. Bu gün hərbi sahədə, mədəniyyətdə, sosial münasibətlərdə, yeni sənaye inqilabı çağırışları koteksində önə çıxan yenə də intellektual resurslardır. Bu da mütləqdir ki, təhsilin səviyyəsinin yüksəldilməsindən keçir. Buna görə də Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi fəaliyyət xalqımızın gələcək inkişafı baxımından çox strateji əhməmiyyət daşıyır".
Aydın Nuri

Siyasi       Tarix: 03 may 2022
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler cəbhədən şad xəbər futbol xeberleri azerbaycan son xeber bugun