Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi" adlı forum keçirildi - FOTOLAR

Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi13 May 2024-cü il tarixində Dreamland Kompleksində "Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" və Gənclər İnkişaf Naminə İctimai Birliklərinin birgə təşkilatçılığı ilə "Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi" adlı Forum keçirilib.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhid övladlarından ibarət "Zəfər Sədası"xor qrupu çıxış edib. 
Forumda bir sıra millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən sahibkar qadınlar iştirak ediblər. 
Açılış nitqini "Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" və Gənclər İnkişaf Naminə İctimai Birliklərin sədrləri Firuzə İskəndərova və Rəvan Cəfərli qonaqları salamlayaraq birlikdə gördükləri işlər və gələcək layihələr barədə ətraflı məlumat verib. 
"Heydər Əliyev və dövlət qadın siyasəti Müasir dövlət qadın siyasətinin banisi" mövzusundakı I panelin moderatoru "Milli Məclis" jurnalinin baş redaktoru Ülviyyə Abdullayeva, spikerləri isə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Huseynova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, millət vəkili Könül Nurullayeva, Unicef Azərbaycan nümayəndəsi Töhfə Cəmilova olub. 
Mövzu ilə bağlı Hicran Hüseynova çıxışında son illər qadınlarımızın sahibkarlıqda və digər sahələrdə əldə etdikləri uğurlardan bəhs edərək bunun dövlətin uğurlu siyasətinin nəticəsi olduğunu bildirib. Sədr qeyd edib ki, Dövlət Komitəsi olaraq qadın sahibkarlığının inkişafına daim dəstək verir və Azərbaycan brendinin inkişafında, ölkənin ümumi rifahının yüksəldilməsində qadınlarımızın rolunu artırılması üçün  layihələr edilir. O, Forumun bu istiqamətdə uğurların artırılmasına dəstək olacağına inandığını bildirib.
H. Hüseynova sözlərinə görə müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaratmışdır. Azərbaycanda da qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Forum spikerləri sırasında yer alan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirdi ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Və bu gün onun yolu ilə gedərək məsuliyyətini daşıdığı vəzifə öhdəliyini vicdanla həyata keçirməyə çalışır. 
Daha sonra millət vəkili Könül Nurullayeva çıxış etdi. Onun sözlərinə görə Azərbaycan qadınının ölkənin siyasi, sosial - iqtisadi və mədəni həyatında rolu gündən günə artır. Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhvələr verməkdə davam edəcək. 
Forum "Qadınların Sahibkarlıq və İcma İnkişafı" mövzusu ilə II panel davam etdirildi. 
II panelin moderatoru "Azərsun Holdinq" şirkətinin marketinq müdiri Nəzrin Əliyeva, spikerləri isə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin İdarə Heyətinin sədri Zemfira Ağayeva, "Azərbaycan Business Women" təşkilatının təsisçisi Tatyana Mikayılova, "UAFA" təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva, "Məktəbim" layihəsində çalışan sahibkar qadın Nilufər Hüseynzadə, "Mediabalans" şirkətinin icraçı direktoru Nahid Şərifli olub. 
"Azərbaycan Business Women" təşkilatının təsisçisi Tatyana Mikayılova qadınların İcma və sahibkarlıq fəaliyyətində inkişafı üçün yeniliyə, İnnovativ fikirlərə üstünlük verməli olduğunu vurğuladı. 
Onun sözlərinə görə müasir qadınlar zamanla ayaqlaşmalı, yeni düşüncələrə sahib olmalıdır. Yalnız bu istiqamət onlara hədəfə çatmaqda kömək edə bilər.
Mövzunu Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi idarə heyətinin sədri Zemfira Ağayeva davam etdirdi. 
Daha sonra "UAFA" təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva "Məktəbim" layihəsi 2-6 yaş arasında uşaqların təhsilə qeyri bərabər cəlb olunmasını aradan qaldırmaqla, yanaşı qadınların öz təhsil bizneslərini qurmağına da dəstək olduğunu bildirib. 
Ölkəmizin ilk milli uşaq markası olan "Shokki Mokki" brendinin təşkilatşlığı ilə baş tutan "Məktəbim" layihəsində çalışan sahibkar qadın Nilufər Hüseynzadə çıxış edib. 
"Məktəbim" vasitəsilə ilə bölgələrdə İcma fəaliyyəti göstərib inklüziv təhsilə dəstək olduqları çətin və faydalı yolu forum iştirakçılarının diqqətinə çatdırdılar. 
"Mediabalans" şirkətinin icraçı direktoru Nahid Şərifli isə öz növbəsində isə sosial media resurslarının sahibkarlığın inkişafında önəmli rolunu qeyd edib. 
Forumun hər  iki panel müzakirələri mövzuya dair əhəmiyyətli fikirlərlə yadda qaldı.
Heydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı KimiHeydər Əliyevin Gender Siyasətinin Davamı Kimi/ azxeber.com

Sosial       Tarix: 15 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

Birinci xanımlar bir arada - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər sonxabar xeberler xeber.az 2026